Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Fotoqalereya: Azərbaycanda Atalar Və Qızlar

Fotoqalereya: Azərbaycanda Atalar Və Qızlar

News

Fotoqalereya: Azərbaycanda Atalar Və Qızlar

calendar_today 10 October 2021

Azərbaycanda oğlan uşaqlarına üstünlük verilməsi hələ də geniş yayılmış olaraq qalmaqdadır və bunun da səbəbi oturuşmuş sosial normalardan irəli gələrək qız uşaqlarına oğlanlara nisbətən daha az dəyər verilməsindən qaynaqlanır.

Rəsmi statistikaya əsasən, ölkədə hazırda hər doğulan 100 qıza 114 oğlan uşağı düşür.

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycandan olan QHT tərəfdaşımız “Təmiz Dünya” İctimai Birliyi azərbaycanlı atalardan özlərinin qızları ilə olan şəkillərini sosial media hesablarına paylaşmağı və qızlarının nə üçün özəl olduğunu anlatmağı xahiş edib.

“Mənim şirin-şəkərim, cubbulu mələyim, Banu. İlk övladımızın qız olacağını ultrasəs müayinəsində öyrənəndə nə qədər sevinmişdik. Dualarım qəbul olunmuşdu. İşdən yorğun gələndə üzümə gülümsəməsi, qığıltısı bəs edir ki, yenidən enerjimi bərpa edim. Bir yaşı yenicə tamam oldu. Güclü yaddaşı, böyük insanlar kimi mənalı baxışları, hamıya qarşı pozitiv davranışı, şirin küsəyənliyi, dəcəlliyi, nazı-qəmzəsi var. Yaşına görə ən böyük uğuru “mama” deməsidir (“ana” deməsini istəyirik əslində). Mənə “abva” deyir, ata yəni. Xoşuna gəlməyən nəsə olanda “eyəmə” deyə bilir.)) Təəccübünü “obaa” deyərək bildirir.))”

“Ana evdə olmayanda məcburən qızımla yemək hazırlamalıyıq. Axşam yeməklər duzlu olacaq deyəsən.”

“Qızımla dünyanı boyamaq arzusundayıq. Arzumuza evimizin divarını rəngləməklə başlayırıq.”

“Qızımla birlikdə əkdiyimiz ilk ağac. Mənə çox güvənir, inanır ki, birgə əkdiyimiz ağacın bəhrəsini tezliklə görəcəyik.”

“Məni xoşbəxt edən tək şey qızımın təhsilə olan marağıdır. O da atası kimi iş adamı olacaq və öz ayaqları üzərində durmağı bacaracaq. Mən də kölgə tək hər zaman onun arxasında olacam.”

“Qız atası olmaq utanılacaq bir şey deyil, MÜKƏMMƏL bir şeydir.”

“Qızımla şəkil çəkməyi çox sevirik, hələ bu şəkil təbiət qoynundadırsa... Axşam anamız bizi danlamasa yaxşıdır, evə gec gəldiniz deyə.”

“Mənim ən böyük uğurum qızım Ahum. Qızımın uğurları üçün əlimdən gələn hər şeyi edəcəm. Səni sevirəm qızım.”

“Mənim iki qızım var. Allah mənə yenə qız övladı bəxş etsə, buna yalnız şad olaram və heç zaman “kifayətdir” demərəm!”

“Mənim altı aylıq qızımın ən böyük uğuru belə qızının olduğuna görə şükür edən atasının olmasıdır.”

“Onun ən böyük uğuru bu dünyaya qız olaraq gəlməsidir!”