Bu səhifədə hazırda Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mövcud olan müdafiə və dəstək xidmətlərinə dair məlumatlar təqdim olunur. Burada ölkədə məişət zorakılığının profilaktikası və qarşısının alınması üzrə hüquqi çərçivənin qısa icmalı, eləcə də zorakılıqla üzləşmiş şəxslər üçün əlçatan olan xidmətlərin əlaqə vasitələri yer alır.
Bu səhifədə təqdim olunan məlumatlar “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hazırlanıb.
Zorakılığı törətmiş şəxsin ailə üzvləri
Arvad, ər, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər.
Zorakılığı törətmiş şəxslərlə yaşayan digər qohumlar
Yuxarıda sadalanan ailə üzvləri olmayan digər qohumlar.
Keçmiş həyat yoldaşı
Zorakılığı törədən şəxslə birgə və ya ayrılıqda yaşayan keçmiş arvad (ər).
Qəyyumluq və ya himayə altında olan şəxslər
Qəyyum və ya himayəçi olan fiziki səxslər tərəfindən törədildikdə, üzərində qəyyumluq və va himayəçilik təyin edilmiş şəxslər.
Qanuni nikahda olmadan birgə yaşayan partnyorlar
Zorakılığı törədən şəxslə qanuni nikahda olmadan birgə yaşayan qadın (kişi), habelə onlarla birgə yaşayan yaxın qohumlar.
Polis və prokurorluq orqanlarına
Cinsi və fiziki zorakılıq hallarında zorakılıq cinayət həddinə çatdıqda cinayət işi başlayır. Zərurət olduqda zərərçəkmiş şəxs dövlət hesabına dərhal tibbi yardım, yardım mərkəzində müvəqqəti sığınacaq, geyim və qida məhsulları və psixoloji dəstəklə təmin edilir.
Zorakılıq cinayət həddinə çatmadıqda sikayət zərərçəkmiş şəxsin faktiki yaşadığı yer üzrə yerli icra hakimiyyəti orqanına göndərilir.
Həmçinin polis İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə icraata başlaya bilər.
Faktiki yaşadığı yer üzrə yerli icra hakimiyyəti orqanlarına
Zərərçəkmiş şəxs vəkillə təmin edilir. Tələb edildikdə zərərçəkmiş şəxs sığınacaqla, mövsümi geyim və qida məhsulları, tibbi və psixoloji yardımla təmin edilir.
Zorakılığı törətmiş şəxsin əməllərində cinayət tərkibi və ya inzibati xəta varsa, səlahiyyətli dövlət orqanlarına müraciət edilir.
Zorakılıq uşağa qarşı törədildikdə valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilir.
Zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilir.
Rayon (şəhər) məhkəmələrinə
Zorakılığı törədən şəxs qısamüddətli mühafizə orderində göstərilən qadağalara riayət etmədikdə, yaxud qısamüddətli orderin müddəti bitdikdən sonra zorakılıq davam etdikdə, məhkəmə zərərçəkmiş şəxsə 3 gün ərzində uzunmüddətli (30 gündən 180 günədək) mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edir.
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin şəhər (rayon) icra və probasiya şöbələrinə
Mühafizə orderində göstərilən tələblər icra edilmədikdə, zorakılığı törətmiş şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
Dövlət səhiyyə sisteminin müəssisələrinə
Pulsuz tibbi yardımı təmin edir.
Qısamüddətli mühafizə orderi (24 saat ərzində 30 günədək verilir)
Zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilir:
- məişət zorakılığını təkrar törətmək
- zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsi axtarmaq
- zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətləri etmək
Uzunmüddətli mühafizə orderi (3 gün ərzində 30 gündən 180 günədək verilir)
Zorakılığı törətmiş şəxsə aşağıdakıların biri və ya bir neçəsi qadağa edilir:
- məişət zorakılığını təkrar törətmək
- zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsi axtarmaq
- zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətləri etmək
Həmçinin zərurət olduqda orderdə aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:
- məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları
- yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi
- zərərçəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri
- uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat
Qaynar Xətlər
Hüquq-mühafizə
Hüquqi Yardım
Sığınacaqlar
Tibbi Dəstək
Ailə Dəstək Mərkəzləri
(012) 454 89 60
(020) 285 14 46