Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Qubada “Gender bərabərliyi sağlam ailənin təməlidir” mövzusunda ailə düşərgəsi təşkil edilib

Qubada “Gender bərabərliyi sağlam ailənin təməlidir” mövzusunda ailə düşərgəsi təşkil edilib

Xəbərlər

Qubada “Gender bərabərliyi sağlam ailənin təməlidir” mövzusunda ailə düşərgəsi təşkil edilib

calendar_today 15 May 2023

Families taking part in the family camp organized by UNFPA with the support of EU to mark the International Day of Families in A
Families taking part in the family camp organized by UNFPA with the support of EU to mark the International Day of Families in Azerbaijan

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun (UNFPA) təşkilatçılığı və "Forest School Azerbaijan"nın dəstəyi ilə 12-15 may tarixlərində Qubada “Gender bərabərliyi sağlam ailənin təməlidir” adlı ailə düşərgəsi baş tutub.

15 may – Beynəlxalq Ailə Günü münasibətilə təşkil edilmiş düşərgənin əsas məqsədi müxtəlif valideynlik təcrübələri olan ailələri bir araya gətirməklə ailələrdə gender bərabərliyi baxımından müsbət dəyişikliklərə əsaslanan münasibət və davranışın qurulmasına, gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılmasına və qız övladlarına verilən dəyərin təşviqinə dəstək olmaqdan ibarət olub.

Üç gün davam etmiş və ölkənin müxtəlif bölgələrindən 15 ailənin qoşulduğu düşərgədə iştirakçılar üçün "Cins və gender", "Məsuliyyətli valideynlik", "Gender bərabərliyi” mövzularında təlimlər keçirilib. Bununla yanaşı, düşərgədə iştirak edən ailələrin övladları üçün sosial, emosional, fiziki və intellektual istiqamətli müxtəlif fəaliyyətlər və birgə məşğələlər təşkil olunub. Belə ki, düşərgə zamanı uşaqlar “Forest School” təhsil yanaşması və inkişaf istiqamətlərinə uyğun olaraq bionika, təbiətdə STEAM, özünüifadə bacarıqları, səmti müəyyən etmə, açıq havada müxtəlif ustad dərsləri və digər öyrədici fəaliyyətlərə cəlb olunub. Proqram çərçivəsində həmçinin ailə bağlarının möhkəmləndirilməsinə xidmət edən əyləncəli oyun və müsabiqələrə yer ayrılıb.

Düşərgənin sonuncu günündə iştirakçılar Qubanın müxtəlif tarixi-mədəni abidələrinə, unikal təbii ərazilərinə səfər edib, bölgənin yerli xüsusiyyətləri ilə tanış olublar.

Qeyd etmək lazımdır ki, sözügedən fəaliyyət Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşklilatçılığı ilə “Forest Schools Azerbaijan” tərəfindən icra olunub.