Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib

News

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib

calendar_today 07 October 2022

Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib
Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirmə kampaniyası Lənkəran şəhərində davam edib

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş maarifləndirici kampaniyanın Bakı, Salyan və Şamaxıdan sonra növbəti dayanacağı Lənkəran olub.

Kampaniya çərçivəsində Lənkəran şəhəri, Əsgər Əliyev adına "Dostluq" parkında təşkil olunan tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri tərəfindən sakinlərə qız övladlarının dəyəri, onların hərtərəfli inkişafı və səlahiyyətləndirilməsinin əhəmiyyəti barədə məlumatlar təqdim edilmiş, müxtəlif maarifləndirici materiallar paylanılmış, maraqlı müsabiqə və interaktiv oyunlar keçirilmişdir. Həmçinin uşaqların səmərəli vaxt keçirməsi, qızların həvəsləndirilməsi məqsədilə təşkil edilən robotexnika və rəsm guşələri də ziyarətçilər, xüsusən də uşaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi  və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətinin təbliğ edilməsidir.

9 gün davam edəcək kampaniya çərçivəsində xüsusi tərtibatla dizayn edilmiş avtobusun iştirakı ilə növbəti səyyar maarifləndirmə tədbirlərinin Yardımlı, İmişli, Yevlax, Şəki və Xaçmaz şəhərlərində təşkili nəzərdə tutulur.

Kampaniya Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” və BMT-nin Əhali Fondunun icra etdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramları çərçivəsində təşkil edilir.