Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi başa çatıb

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi başa çatıb

Xəbərlər

Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi başa çatıb

calendar_today 09 October 2023

“Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi başa çatıb
Avropa İttifaqı və BMT-nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilən “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsi başa çatıb

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsinə yekun vurulub.

6 oktyabr tarixində Avropa İttifaqının, BMT-nin Əhali Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi və Gənclər və İdman nazirliklərinin, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin, Atalar Məktəbində iştirak etmiş ataların və ata olmağa hazırlaşan şəxslərin, layihənin regionlar üzrə koordinator və fasililatorlarının, Azərbaycan Maarifçilər Assosiasiyasının təmsilçilərinin, eləcə də media mənsublarının iştirakı ilə layihənin bağlanış mərasimi baş tutub.

Cari ilin aprel-sentyabr ayları ərzində davam etmiş layihə ölkənin 10 bölgəsini - Bakı, Balakən, Gəncə, Mingəçevir, Tovuz, Ağdam, Biləsuvar, Lənkəran, Saatlı və Şirvan şəhərlərini əhatə edib. Layihənin gedişatında təşkil edilmiş təlim proqramına sadalanan bölgələrdən ümumilikdə 350-dən artıq ata və ata olmağa hazırlaşan şəxs qatılıb. Layihə ataları övladlarının tərbiyəsi və inkişafı prosesində fəal iştiraka, habelə ev işləri və uşağa qulluq üzrə öhdəliklərin bərabər şəkildə paylaşılmasına həvəsləndirməklə ailələrdə mövcud zərərli davranış normaları və gender əsaslı stereotiplərin dəyişdirilməsinə töhfə vermək məqsədi daşıyıb.

Layihənin təlim proqramı gender, gender-əsaslı cins seçimi və onunla mübarizə, gender əsaslı zorakılıq və onun ailədaxili münasibətlərə təsiri, məsuliyyətli atalıq, ataların uşaqlara göstərilən qayğı prosesində rolu, uşaqlarla birgə asudə vaxtın səmərəli keçirilməsi kimi mövzular üzrə keçirilmiş sessiya və ekstrakurrikular fəaliyyətlərdən ibarət olub.

Layihənin gedişatında hər rayon üzrə iştirakçıların pediatr və psixoloqlarla görüşləri də təşkil olunub. Mütəxəssislərin iştirakı ilə ailədə gender rolları, cütüklərin evləndikdən sonra qarşılaşdıqları çətinliklər, prenatal və postnatal dövrdə ata və ananın psixoloji vəziyyətlərinin təhlili və erkən inkişaf dövründə uşaqlara düzgün qayğı kimi mövzular ətrafında mütəmadi müzakirələr keçirilib.

“Atalar Məktəbi - Məsuliyyətli Atalığa Doğru” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində BMT-nin Əhali Fondu (UNFPA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Maarifçilər Assosiasiyası tərəfindən icra olunub.