Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti təlimlər keçirilir

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti təlimlər keçirilir

Xəbərlər

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti təlimlər keçirilir

calendar_today 23 November 2023

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti təlimlər keçirilir
“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi çərçivəsində növbəti təlimlər keçirilir

Ana ölümlərinin qarşısının alınmasına töhfə vermək məqsədilə 2022-ci ilin may ayından etibarən Lənkəran rayonunda icra edilən “Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi davam edir.

İki il davam edəcək layihə müddətində Lənkəran rayonunda ana ölümlərinin azaldılması istiqamətində bir sıra qabaqcıl strategiyaların tətbiqi nəzərdə tutulur. Layihənin artıq başa çatmış birinci mərhələsi çərçivəsində Lənkəran rayon Mərkəzi Xəstəxanası, Lənkəran rayon Perinatal Mərkəzi, Lənkəran şəhəri Ailə Sağlamlıq Mərkəzi və Şürük kənd Ailə Sağlamlıq Mərkəzində tibb xidmətlərinin icrasının keyfiyyətinin və tibbi avadanlığın təchizatının ölçülməsinə dair monitorinq aparılmış, Lənkəran rayonu üzrə fəaliyyət göstərən 41 tibb müəssisəsinin müvafiq tibb heyətinə (mama, mama-ginekoloq, tibb bacısı və feldşer) göstərilən tibb xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni bilik və metodların mənimsənilməsi istiqamətində təlim və praktiki məşğələlər keçirilmişdir.

2023-cü ilin iyun ayından etibarən layihənin ikinci mərhələsinin icrasına başlanılmış, tibb heyəti üçün master-klasslar, müəllif təlimləri və MİSP simulyasiya məşğələsi keçirilmişdir.

23 noyabr 2023-cü il tarixində keçirilən MİSP məşğələsi – fövqəladə və təcili tibbi yardımın göstərilməsi zamanı reproduktiv sağlamlığa dair ilkin tibbi yardımın göstərilməsini simulyasiya edən praktiki məşğələdir. Məşğələdə fərqli situasiyalar praktikadan keçirilir, göstərilən tibbi xidmət prosesi qeydə alınır və video-çəkiliş aparılır. Növbəti gün video material və mütəxəssislərin qeydlərinə əsasən müzakirələr keçirilir. Qeyd etmək lazımdır ki, layihənin icrasına Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, eləcə də Respublika QİCS-lə Mübarizə Mərkəzinin mütəxəssisləri cəlb olunmuşdur.   

“Azərbaycanın cənub bölgəsində təhlükəsiz analıq” pilot layihəsi BMT-nin Əhali Fondu (UNFPA), Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən birgə həyata keçirilir.

Layihənin məqsədi pilot olaraq seçilmiş Lənkəran rayonunda əngəllənə bilən ana ölümlərinin sayının azaldılmasına nail olmaq və layihənin icrasından əldə ediləcək müsbət nəticə və təcrübənin Azərbaycanın digər rayonlarında da tətbiqinə zəmin yaratmaqdan ibarətdir.