Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

UNFPA son münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib

UNFPA son münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib

Xəbərlər

UNFPA son münaqişədən zərər çəkmiş bölgələrdə çalışan səhiyyə işçiləri üçün tibbi yardım dəstləri tədarük edib

calendar_today 17 February 2021

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycandakı nümayəndəliyi ümumilikdə 32 reproduktiv sağlamlıq və tibbi ləvazimatlardan ibarət dəstin tədarük edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə çatdırılmasını yekunlaşdırıb. Sözügedən dəstlərin tərkibinə kliniki doğuşayardım və qanköçürmə dəstləri, xəstələrə baxım üçün birdəfəlik ləvazimatlar, eləcə də infeksion xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman ləvazimatları və s. vasitələr daxildir.

Növbəti mərhələdə dəstlərin son münaqişədən zərər çəkmiş 8 bölgədə (Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Ağcabədi, Gəncə, Mingəçevir) fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarının tibbi heyətinə paylanılması nəzərdə tutulur.

Bu fəaliyyət UNFPA-nın son münaqişə nəticəsində zərər çəkmiş bölgələrdə yaşayan mülki əhalinin humanitar ehtiyaclarının təmin edilməsi istiqamətində Azərbaycan hökumətinin səylərinə verdiyi dəstək çərçivəsində baş tutub.