Bu sənəd Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram: Cənubi Qafqaz və bir sıra Asiya ölkələrində doğulan uşaqlar arasında cins nisbətinin tənzimlənməsi” layihəsi çərçivəsində BMT-nin Əhali Fondu tərəfindən hazırlanmışdır.
Dəlillərə söykənən məlumatlar əsasında hazırlanmış sənəddə Azərbaycanda gender-əsaslı cins seçimi fenomeni ilə bağlı mövcud vəziyyət, ölkədə doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemi və cinsə görə seçimi şərtləndirən səbəblər, bu sahədə ölkədə mövcud olan milli qanunvericilik çərçivəsi və ölkənin qoşulduğu beynəlxalq konvensiya və sənədlərə dair məlumatlar əksini tapır. Eyni zamanda, gender-əsaslı cins seçimi və gender ayrı-seçkiliyinin qarşısının alınması üçün mövcud imkanlara nəzər salınır və tövsiyələr verilir.
Hazırkı ölkə icmalı gender-əsaslı cins seçimi fenomeni ilə bağlı ölkə üzrə ən son statistik məlumatları ehtiva edir.