Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri mövzusunda müzakirə aparılıb

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri mövzusunda müzakirə aparılıb

Press-reliz

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində iqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri mövzusunda müzakirə aparılıb

calendar_today 26 September 2024

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində UNFPA Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri mövzusunda dəyirmi masa keçirilib.
“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində UNFPA Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri mövzusunda dəyirmi masa keçirilib. UNFPA Azərbaycan, 2024

BMT-nin Azərbaycan Nümayəndəliyinin “29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində “İqlim dəyişikliyi və onun reproduktiv sağlamlığa təsiri” mövzusunda dəyirmi masa keçirilib. 

BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin ADA Universitetində birgə təşkil etdiyi tədbirdə səhiyyə blokunu təmsil edən hökumət qurumları və müəssisələrinin nümayəndələri, Milli Məclisin deputatları, ölkədə fəaliyyət göstərən BMT təşkilatlarının və səfirliklərin əməkdaşları, habelə yerli vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.   

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində UNFPA Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini müvəqqəti əvəz edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nasar Hayat, səhiyyə nazirinin müavini Nadir Zeynalov, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova açılış nitqləri ilə çıxış ediblər. 

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və BMT Əhali Fondunun (UNFPA) ölkə nümayəndəliyinin “İqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri” mövzusunda, UNICEF-in Azərbaycan nümayəndəliyinin isə “Ətraf mühitin uşaqların sağlamlığına təsirinin qiymətləndirilməsi” mövzusunda həyata keçirdikləri tədqiqatların nəticələrinə dair təqdimatlar dinlənilib. 

“29 İqlim söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində UNFPA Azərbaycan nümayəndəliyi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iqlim dəyişikliyinin reproduktiv sağlamlığa təsiri mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa iştirakçıları milli iqlim fəaliyyəti planlarında reproduktiv sağlamlıq sistemlərinin rolu, əhalinin reproduktiv sağlamlığının qorunması istiqamətində qanunvericilik təşəbbüslərinin gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində çoxtərəfli əməkdaşlıq və s.  mövzular ətrafında fikir mübadiləsi aparıblar. 

“29 İqlim söhbəti: COP29-a gedən yol” tədbirlər silsiləsi Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi etməyə hazırlaşdığı bir vaxtda ölkədə iqlim fəaliyyəti ilə bağlı genişmiqyaslı dialoqu təşviq etmək üçün BMT-nin həyata keçirdiyi təşəbbüsdür. Bu tədbirlər müxtəlif sektorlar arasında əməkdaşlığı və qlobal iqlim böhranına qarşı mübarizədə birgə məsuliyyəti və fəaliyyəti təşviq etməyə yönəlib.