Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Ümumdünya Humanitar Yardım Günü münasibətilə müraciəti

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Ümumdünya Humanitar Yardım Günü münasibətilə müraciəti

Bəyanatlar

BMT-nin Əhali Fondunun icraçı direktoru xanım Natalia Kanemin Ümumdünya Humanitar Yardım Günü münasibətilə müraciəti

calendar_today 19 August 2019

Bu gün, bütün dünyada Ümumdünya Humanitar Yardım Günü kimi qeyd olunan bu tarixdə BMT-nin Əhali Fondu dünyada baş verən böhranlara layiqli cavab verən və müqavimət göstərən hər bir kəsi təqdir edir və salamlayır. Bu il biz əsas diqqəti münaqişələr, təbii fəlakətlər və məcburi köçürülmələr şəraitində humanitar yardım proseslərində iştirak edərək insanlara dəstək olan qadınların şücaət və sədaqətinə yönəltməyə çağırırıq.

İstənilən böhran baş verdikdə, qadınlar və qızlar onun mənfi təsirlərinə qeyri-mütənasib şəkildə məruz qalır və gender əsaslı zorakılıq təhdidləri ilə üzləşirlər. Səhiyyə resursları bu zaman əksər hallarda zədələnmiş və ya sıradan çıxmış olur, bu isə hamilələr da daxil olmaqla qadınları xilasetmə xidmətlərindən və qayğıdan kənarda qoyur. Qadın və qızların öz ləyaqətini qorumağa imkan verən fundamental ehtiyacları bir çox hallarda arxa plana keçir, qadınların və gənclərin sülh proseslərində iştirakına şərait yaradılmır.

Baş verən böhran proseslərində qadın və qızlara dəstək olmaq və onlara yardım etmək missiyasını həyata keçirən qadınlar ön cəbhədə fəaliyyət göstərən və öz həyatlarını riskə ataraq başqalarının həyatını qurtaran insanların böyük hissəsini təşkil edir. Biz çətin şərtlər altında insan haqlarını və ləyaqətini qoruyan və bununla da başqalarına ümid verən qadınları hörmətlə anır və onların bu çətin fəaliyyətlərinə yüksək dəyər veririk.

Biz təhlükəli şəraitdə gecə-gündüz qadınlara uşaq doğuşunda yardım edən bütün mütəxəssisləri ehtiram hissi ilə yad edirik. Biz gender zorakılığının qarşısını almağa çalışan, bundan zərər çəkən qadın və qızlara dəstək göstərən və bu insanların ehtiyacı olduqları xidmətləri almasını təmin edən, icmalardan və vətəndaş cəmiyyətindən olan qadınlara öz hörmətimizi bildiririk. Biz böhran və münaqişələrə hazırlıq səviyyəsinə, müqavimət addımlarına və bərpa prosesinə nəzarət edən qadın liderlərin fəaliyyətlərini təqdir edirik.

Bu ilin noyabr ayında beynəlxalq ictimaiyyət Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın (ICPD) 25-ci ildönümünü qeyd etmək üçün Keniyanın paytaxtı Nayrobiyə toplaşacaq. BMT-nin Əhali Fondunun Keniya və Danimarka hökumətləri ilə birgə təşkil etdiyi və “ICPD-25” mövzusunda həsr edilmiş Nayrobi Sammiti böhran vəziyyətlərinə məruz qalan qadın və qızların xilasetmə xidmətləri ilə təmin olunması üçün siyasi və maliyyə öhdəliklərini bir araya gətirmək məqsədini güdür.

Biz heç bir qadını və ya qızı arxada qoya bilmərik. Mən bütün hökumətlərə səslənərək onları böhran məkanlarında və ön cəbhədə cinsi və reproduktiv sağlamlıq və hüquqların təşviqinə və gender zorakılığı ilə mübarizəyə qoşulmaq üçün Nayrobi Sammitinin işində iştiraka dəvət edirəm. Yalnız birgə səylərlə biz insan haqları, təhlükəsizlik və ləyaqət uğrunda əhəmiyyətli irəliləyişə nail ola bilərik.