You are here

Qadına qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir. Qadınlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır.

Bu hesabatda Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü bir sıra aspektlərdən nəzərdən keçirilir. Təhlil edilən mövzular sırasında qadınlara qarşı zorakılıq nəticəsində itirilmiş iqtisadi məhsuldarlıq, bu zorakılığın aradan qaldırılması istiqamətində göstərilən sektoral xidmətlərə sərf olunan maliyyə, qadınlara qarşı zorakılığın doğurduğu məcmu iqtisadi xərclər və s. yer alır.

Hesabat iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tərəfindən hazırlanıb. Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb.

Hesabatda əks olunan fikir və mülahizələr müəlliflərə aiddir və BMT-nin Əhali Fondunun və ya Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi mövqeyini əks etdirməyə bilər.

BMT-nin Əhali Fondu hesabatın ərsəyə gəlməsində əməkdaşlıq etdiyi bütün tərəfdaşlara minnətdarlığını bildirir.