“Məişət zorakılığı və onunla mübarizə” mövzusunda hazırlanmış sözügedən maarifləndirici vəsaitdə məişət zorakılığı ilə üzləşmiş şəxslər üçün mövcud olan dəstək və yönləndirmə mexanizmləri barədə ətraflı məlumat əks olunub. Vəsait hüquqşünaslar, yerli icra hakimiyyəti orqanları, tibb müəssisələri, qeyri-hökumət təşkilatlarının işçiləri və nümayəndələri, həmçinin ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.