Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİ VƏ GENDER MÜNASİBƏTLƏRİ: MÖVCUD VƏZİYYƏT VƏ İMKANLAR Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat

Nəşriyyat

Səhifə sayı

72

Author

UNFPA Azerbaijan

Publication

AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİ VƏ GENDER MÜNASİBƏTLƏRİ: MÖVCUD VƏZİYYƏT VƏ İMKANLAR Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat

Nəşr tarixi

26 November 2018

Download Icon

BMT-nin ƏHALİ FONDUNUN (UNFPA) AZƏRBAYCANDAKI NÜMAYƏNDƏLİYİ
UNFPA hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin
potensialının reallaşdığı dünya naminə fəaliyyət göstərən BMT agentliyidir.
UNFPA qadınların və gənclərin sağlam və produktiv həyat yaşamaları üçün imkanları artırır. UNFPA-nın
fəaliyyətə başladığı 1969-cu ildən etibarən hamiləlik və doğuşların ağırlaşması nəticəsində baş verən ana
ölümü hallarının sayı iki dəfə azalıb. Ailələr daha kiçik və sağlamdır. Əvvəlki illərlə müqayisədə gənclər
daha şəbəkələşmiş və səlahiyyətlidir.
AZƏRBAYCAN RESPUBLİKASININ AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ailə ilə iş və
gender bərabərliyi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə yaradılmış və nazirlik səlahiyyətlərinə malik
olan Komitə 1998-ci ildən etibarən qadın problemləri ilə iş sahəsində fəaliyyət göstərmiş başqa bir dövlət
orqanını, Qadın Problemləri üzrə Dövlət Komitəsini əvəz etmişdir. “Qadınlara qarşı ayrı-seçkiliyin bütün
formalarının ləğv edilməsi haqqında” Konvensiyanın (CEDAW) yerinə yetirilməsi ilə yanaşı AQUPDK qadın
hüquqları və səlahiyyətlərinin genişləndirilməsinə aid bütün aspektlər üzrə dövlət siyasətinin işlənib
hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşıyan yeganə milli mexanizm hesab olunur.
“PROMUNDO” BEYNƏLXALQ TƏŞKİLATI
1997-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təsis edilmiş “Promundo” Beynəlxalq təşkilatı qayğıkeş,
qeyri-zorakı və ədalətli kişilik, habelə bərabər gender münasibətləri məsələlərinin beynəlxalq təşviqi
sahəsində fəaliyyət göstərir. Bu beynəlxalq təşkilatın ABŞ-da “Promundo-US”, Braziliyada “Instituto
Promundo” və Portuqaliyada “Promundo-Europe” adı ilə fərdi qaydada qeydiyyata alınmış filialları,
həmçinin Ruanda və Konqo Demokratik Respublikasındakı nümayəndəlikləri kişilik və gender bərabərliyi
məsələlərinə dair biliklərin artırılması üçün tətbiqi tədqiqatlar aparmaqla, gender yönümlü tədbirlər və
proqramlar işləyib hazırlamaqla, qiymətləndirməklə və genişləndirməklə, habelə gender bərabərliyinə
və sosial ədalətə nail olmaq məqsədi ilə milli və beynəlxalq səviyyələrdə vəkilliyin aparılması ilə qarşıya
qoyulmuş vəzifələrə çatmaq üçün əməkdaşlıq edir.
SOSİAL TƏDQİQATLAR ÜZRƏ BEYNƏLXALQ MƏRKƏZ (STBM)
STBM məlumatların toplanması və tədqiqatların aparılması sahəsində ixtisaslaşmış yerli qeyri-hökumət
təşkilatıdır.