Bu Qiymətləndirmə Hesabatı ayrı-ayrı şəxslərin və təşkilatların dəstəyi və peşəkar bilikləri sayəsində ərsəyə gətirilib. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) maliyyə dəstəyinə və hesabatın hazırlanmasının bütün mərhələlərində verdikləri töhfəyə görə İsveçrə Əməkdaşlıq Təşkilatının Azərbaycandakı Nümayəndəliyinə (SCO) və Birləşmiş Millətlər Təşkilatının Əhali Fonduna (UNFPA) minnətdarlığını bildirir. Bundan əlavə, BMTİP və AQUPDK hesabatın hazırlanması zamanı məlumatların toplanmasında iştirak edən Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) heyətinin bütün üzvlərinə göstərdikləri yüksək peşəkarlığa və gərgin əməyə görə xüsusi təşəkkürünü bildirir. Sonda isə təcrübəsinə və təqdim etdiyi müfəssəl təhlillərə görə hesabatın müəllifi Dr. Aysel Vəzirovaya dərin minnətdarlığımızı bildiririk.