Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Aİ-nin dəstəyi ilə BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyini təşviq edən və gender stereotiplərini aradan qaldıran proqramın ikinci mərhələsinə başlayır

Aİ-nin dəstəyi ilə BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyini təşviq edən və gender stereotiplərini aradan qaldıran proqramın ikinci mərhələsinə başlayır

Press-reliz

Aİ-nin dəstəyi ilə BMT-nin Qadınlar Agentliyi və BMT-nin Əhali Fondu Şərq Tərəfdaşlığı ölkələrində gender bərabərliyini təşviq edən və gender stereotiplərini aradan qaldıran proqramın ikinci mərhələsinə başlayır

calendar_today 20 March 2024

“Avropa İttifaqı Gender Bərabərliyi naminə” regional proqramının ikinci mərhələsinə start verilib
“Avropa İttifaqı Gender Bərabərliyi naminə” regional proqramının ikinci mərhələsinə start verilib

BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi və BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya Regional Ofisi Avropa İttifaqı (Aİ) ilə birlikdə “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotipləri və gender əsaslı zorakılığa qarşı birlikdə” regional proqramının ikinci fazasına start vermişdir. Proqram altı Şərq Tərəfdaşlığı ölkəsində – Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada institusional və icma səviyyələrində, haqqı ödənilməyən məişət və qayğı öhdəliklərinin yerinə yetirilməsi də daxil olmaqla, qadınlar və kişilər arasında gender ayrı-seçkiliyinə əsaslanan münasibət və təcrübələrin aradan qaldırılmasına töhfə vermək məqsədi daşıyır.

“Gender bərabərliyi Avropa İttifaqı dəyərlərinin təməl daşı və davamlı inkişafın əsas hərəkətverici qüvvəsidir. “Avropa İttifaqı Gender Bərabərliyi naminə” proqramının icrası ilə biz Şərq Tərəfdaşlığı regionunda gender bərabərliyi təşəbbüslərini inkişaf etdirmək üçün 3-cü Gender Fəaliyyət Planı çərçivəsində öhdəliyimizi həyata keçiririk. Biz birlikdə hər bir qadının, kişinin, qızın və oğlanın ayrı-seçkilik doğuran gender stereotiplərindən azad şəkildə inkişaf etmək, töhfə vermək və daha da inklüziv gələcək formalaşdırmaq imkanına malik olduğu mühiti dəstəkləmək üçün çalışırıq”, – deyə DG NEAR Bölmə Rəhbəri Devid Kallen bildirib.

Proqramın 2020-ci ildə işə başlamasından indiyədək sadalanan altı ölkədə ümumilikdə 41 mln.-dan artıq insan proqram fəaliyyətləri ilə əhatə olunub, 22 vətəndaş cəmiyyəti və qadın təşkilatı innovativ təşəbbüsləri həyata keçirmək üçün kiçik qrantlar alıb və 4000-ə yaxın kişi yeni yaradılmış 49 atalar məktəblərindən faydalanıb.

Proqramın icrası gender münasibətlərində müsbət dəyişikliklərin əldə olunmasına töhvə verib, eləcə də həm qadınların, həm də kişilərin haqqı ödənilməyən qulluq və qayğı işlərinə görə eyni dərəcədə məsuliyyət daşımalı və zərərli gender yanaşmalarından azad olmalı olduğuna dair inamı artırıb. Lakin stereotiplərin dəyişdirilməsi zaman və davamlı səylər tələb edir, bu səbəbdən proqram ikinci mərhələsinə qədəm qoyub.

“Stereotiplər və sosial normalar yalnız zərərli mövqe və düşüncələr deyil; onlar gender bərabərliyi uğrunda irəliləyişə məhdudiyyət yaradan maneələrdir. Bu kök salmış inanclara meydan oxumaqla və onları dəyişdirməklə biz cinsindən asılı olmayaraq hər kəsin öz potensialını tam reallaşdıra biləcəyi bir cəmiyyət yarada bilərik”, – deyə BMT-nin Qadınlar Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz Luque bildirib.

Proqramın birinci mərhələsi çərçivəsində aparılan Gender Normaları və Stereotipləri üzrə Tədqiqat göstərdi ki, proqramın həyata keçirildiyi altı ölkədə əldə olunmuş təkmilləşmə və bəzi perspektivli göstəricilərə baxmayaraq, ayrı-seçkilik yaradan sosial normalar və münasibətlər müxtəlif sahələrdə qadın və qızların tərəqqisinə mane olmaqda davam edir. Bu zərərli sosial normalar qadınlara qarşı zorakılıq, haqqı ödənilməyən məişət və qayğı öhdəliklərinin qeyri-bərabər bölüşdürülməsi, gender-əsaslı cinsi seçimi, əməkhaqlarında gender boşluqları və qərarverici vəzifələrdə qadınların kifayət qədər təmsil olunmaması kimi xoşagəlməz hallara yol açır.

“Yaratdığımız güclü tərəfdaşlıqlara əsaslanaraq, biz Şərq Tərəfdaşlığı ölkələrində daha bərabər və ədalətli cəmiyyətlərə gedən yolda gender rolları ətrafında sosial qavrayışları dəyişmək və gender stereotipləri ilə mübarizə aparmaq üçün işimizi genişləndiririk”, – deyə BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Florens Bauer qeyd edib.

2024-cü ilin yanvarından 2026-cı ilin may ayınadək davam edəcək proqramın ikinci mərhələsi 5 mln. avroluq büdcə ilə dəstəklənir. Proqramın məqsədi gender bərabərsizliyinin başlıca səbəblərini hökumət orqanları, vətəndaş cəmiyyəti və qadın təşkilatları, media nümayəndələri və digər qeyri-ənənəvi tərəfdaşları cəlb etməklə aradan qaldırılmasına töhfə verməkdən ibarətdir. Proqram çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları ilə tərəfdaşlığa, innovativ kommunikasiya kampaniyalarının aparılmasına və Atalar Məktəbləri vasitəsilə kişilərlə işin aparılmasına böyük diqqət yetiriləcək.