Go Back Go Back
Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə gender bərabərliyi mövzusunda ilk hakaton keçirilir

Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə gender bərabərliyi mövzusunda ilk hakaton keçirilir

News

Azərbaycanda Avropa İttifaqının dəstəyi ilə gender bərabərliyi mövzusunda ilk hakaton keçirilir

calendar_today 14 January 2021

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu reallaşdırılır. 19-21 fevral 2021-ci il tarixlərində baş tutacaq hakatonun keçirilməsində məqsəd gəncləri gender problemlərinin texnoloji yollarla həllinə təşviq etmək və maarifləndirməkdir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), UN Women və UNFPA tərəfindən təşkil edilən hakatona Bakı şəhəri və regionlardan olan 30-dan çox komandanın qoşulması gözlənilir. Komandalara yarışa hazırlaşmaq üçün peşəkar yerli və xarici mentorlarla çalışmaq imkanı yaradılacaq. 

İştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyi sahəsində innovativ ideya və həllərə dair mövzulardan birini seçə biləcəklər. Komandalara, həmçinin öz layihə ideyasının prototipini hazırlamaq üçün vaxt veriləcək.

Qeyd edilən tarixlərdə onlayn formatda keçiriləcək hakatonun yekun tədbirində təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibi üçün 5000 manat, ikinci yerin qalibi üçün 3000 manat, üçüncü yerin qalibi üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulub. 

Hakatonda iştirak etmək istəyən şəxslər yanvarın 15-dək www.genderhack.az səhifəsində qeydiyyatdan keçməklə tədbirə qoşulmaq şansı əldə edə bilər. 

Aidiyyəti qurumlar tərəfindən layihənin sonrakı mərhələsində maraqlı ideyaların reallaşdırılması üçün dəstək veriləcək.