Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

"Atalar və qızlar" açıq səma festivalı başa çatdı

"Atalar və qızlar" açıq səma festivalı başa çatdı

Xəbərlər

"Atalar və qızlar" açıq səma festivalı başa çatdı

calendar_today 16 October 2017

14 oktyabr tarixində "11 Oktyabr Beynəlxalq Qız övladları" günü münasibətilə keçirilən “Atalar və Qızlar” festivalı başa tutub. 
Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

Festivalın əsas məqsədi müxtəlif fəaliyyətləri təşkil etməklə ata və qız övladı arasında emosional və mənəvi əlaqələri gücləndirmək, ata və qız övladlarının birgə vaxt keçirilmələrinə münbit mühiti yaratmaqdır.

Gün ərzində davam edən festivalda musiqili proqram, Dj Şou, yarışlar, müsabiqələr və viktorinalar keçirilib. Müsabiqə və yarışlarda iştirak edən atalar və qızlara təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub. Festivalda həmçinin “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunları baş tutub. Festival müddətində iştirakçılar Klon və Sehirbaz şou izləyiblər şansı qazanıblar və qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunub.

Məlumat üçün qeyd edək ki, 2012-ci ildə BMT Türkiyənin təklifi ilə 11 oktyabr tarixini Beynəlxalq Qızlar Günü elan edib. 193 üzvlü BMT Baş Assambleyasında qəbul edilən qərar Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında verilib. 2012-ci ildən etibarən 11 oktyabrın Beynəlxalq Qızlar Günü olaraq qəbul edilməsinə bütün üzv ölkələr səs verib. Qərarda iqtisadi inkişafda BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi öz əksini tapıb.

Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə həyata keçirdiyi 
“Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi həyata keçirilir. Layihənin məqsədi gənc və yetkinlərin fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır. Layihə müddətində bu günə qədər Azərbaycanın 25 şəhər və rayonlarında 1000-dən artıq gənc kişinin iştirakı ilə 50 təlim keçirilib.