Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

Xəbərlər

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

calendar_today 14 June 2024

“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub
“29 İqlim Söhbəti: COP29-a gedən yol” silsiləsi çərçivəsində iqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri müzakirə olunub

BMT-nin Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə fəaliyyəti çərçivəsində növbəti, onuncu tədbir “İqlim dəyişikliyi və onun əhali dinamikasına təsiri” mövzusunda baş tutub. 

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkil etdiyi tədbirdə hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, habelə beynəlxalq və yerli ekspertlər iştirak ediblər.  

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeeva, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan açılış nitqləri ilə çıxış ediblər.

Daha sonra baş tutan panel müzakirələri zamanı BMT təmsilçiləri, ekspertlər və yerli vətəndaş cəmiyyəti nümayəndələri qlobal miqyasda müşahidə olunan iqlim dəyişikliyinin demoqrafik proseslərə və əhali dinamikasına təsiri ətrafında fikir mübadiləsi aparıblar. 

“COP29-un məqsədi ambisiyaları gücləndirmək və fəaliyyət üçün şərait yaratmaqdır. İqlim dəyişikliyinin demoqrafik təsirlərini həll etməklə, biz davamlı inkişafa və dayanıqlılığa təkan verəcək hərtərəfli və inklüziv siyasətə yol açırıq”, deyə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov davamlı inkişaf kursunun müəyyən edilməsində demoqrafik tendensiyalarla bağlı yanaşmaların strateji planlaşdırmaya inteqrasiyasının zəruriliyini qeyd edib. İqlim dəyişikliyi və əhali meyllərinin necə əlaqələndiyini müəyyən edilməsinin iqlim dəyişikliyinin əhaliyə təsirlərini daha yaxşı idarə etməyə kömək etdiyini vurğulayıb.

BMT-nin Əhali Fondunun Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan iqlim dəyişikliyinin demoqrafik proseslərə təsiri barədə danışarkən qeyd edib: “İqlim dəyişikliyi əhalinin doğum, miqrasiya və ölüm göstəricilərinə təsir göstərir. İctimai səhiyyə fenomeni olaraq, iqlim dəyişikliyi təhlükəsiz hamiləlik və doğuşdan tutmuş insanların ümumi rifahına və gələcəyə dair gözləntilərinə təsir edir. İqlim amillərindən qaynaqlanan yoxsulluq və ərzaq təhlükəsizliyinin olmaması miqrasiyanın artmasına, eyni zamanda məişət zorakılığı risklərinin çoxalması, qızların təhsildən kənarlaşdırılması və erkən nikahların artması kimi fəsadlara gətirib çıxarır.”

Qeyd etmək lazımdır ki, “29 İqlim Söhbəti: COP29-a gedən yol” silsilə proqramı qlobal iqlim böhranı ilə mübarizə aparmaq üçün müxtəlif sektorlar arasında birgə fəaliyyət və dialoqu təşviq etmək məqsədi daşıyır.