Video
BMT-nin Əhali Fondu 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə videoçarx hazırlayıb
Remote video URL
BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib. Videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.
Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.
Fürsətdən istifadə edərək, BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.