Published on: 14/10/2017

14 oktyabr tarixində "11 Oktyabr Beynəlxalq Qız övladları" günü münasibətilə keçirilən “Atalar və Qızlar” festivalı baş tutub. Festival Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurası ilə birgə “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdən qısa video icmalı nəzərinizə çatdırırıq.