Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Gender-Əsaslı Zorakılıq

Gender-Əsaslı Zorakılıq

Gender-Əsaslı Zorakılıq

Ümumdünya Səhiyyə Təşkilatının 2013-cü il üzrə məlumatına əsasən, dünyada hər üç qadından biri döyülmüş, cinsi əlaqəyə məcbur edilmiş və ya başqa bir şəkildə istismara məruz qalmışdır və əksər hallarda bu hallar həmin qadınların tanıdıqları insanlar tərəfindən törədilmişdir. Ən son IMAGES (Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqat, 2018) hesabatının məlumatlarına görə, azərbaycanlı kişilərin 33%-i partnyoruna münasibətdə şiddət tətbiq etdiyini, qadınların isə 32%-i fiziki zorakılığa məruz qaldığını bildirmişdir. Eyni zamanda, qadınların böyük əksəriyyəti partnyorun zorakılığını məqbul hesab etdiyini bildirmiş, 11-59% arası qadın isə kişinin öz partnyoruna münasibətdə zor tətbiq etməsinə bu və ya digər vəziyyətlə bağlı olaraq baş verməsi ilə bəraət qazandırmışdır. Dəlillər həmçinin onu deməyə əsas verir ki, 2017-ci ildə Azərbaycanda qadınlara qarşı zorakılığın səbəb olduğu ümumi iqtisadi xərclər ölkənin ÜDM-nin 1,8%-nə bərabər olmuşdur.

BMT-nin Əhali Fondunun həyata keçirdiyi ictimai vəkillik və təşviqat fəaliyyətləri artıq Azərbaycanda gender-əsaslı zorakılığın qarşısının alınması və aradan qaldırılması üçün təsirli hüquqi və siyasət bazasının ərsəyə gəlməsinə öz töhfəsini vermişdir. Bununla belə, bu vacib səylərə baxmayaraq, bir çox qadın və qız sağlamlığını, təhlükəsizliyini və ədliyyə resurslarına çıxışını təmin edən vacib xidmətlərdən hələ də yararlana bilmir.

BMT-nin Əhali Fondunun fəaliyyəti gender-əsaslı zorakılıq və zərərli təcrübələrin qarşısının alınması / cavab mexanizmlərinin təmin edilməsi məqsədilə sektorlararası tərəfdaşlıq çərçivələrinin inkişaf etdirilməsinə yönəlmişdir. Bu sıraya sağlamlıq, ədliyyə, qaynar xətlər də daxil olmaqla sosial xidmətlər, koordinasiya və idarəetməyə xüsusi diqqət yetirməklə zorakılığa məruz qalan şəxslərin aidiyyatı xidmətlərə çıxışını təkmilləşdirməsi, eləcə də gender-əsaslı zorakılığın qarşısını almaq üçün sektorlararası potensialın gücləndirilməsinə dair ictimai vəkillik və təşviqat səyləri də daxildir. Fond eyni zamanda özünün cinsi və reproduktiv sağlamlıq sahəsindəki proqramları vasitəsilə gender-əsaslı zorakılığın qarşısının alınmasında mühüm rol oynayır. Gender-əsaslı zorakılığa mövcud cavab xidmətlərindən əhalinin səmərəli istifadəsini təmin etmək və qadınlara qarşı zorakılıq mövzusunda cəmiyyətdəki oturuşmuş təsəvvürlərin dəyişdirilməsinə töhfə vermək məqsədilə BMT-nin Əhali Fondu Azərbaycanda gender-əsaslı zorakılığın qarşısının alınması işində kişilərin müttəfiq və tərəfdaş qismində cəlb edilməsinə fokuslanan genişmiqyaslı təbliğat kampaniyalarının həyata keçirilməsinə böyük diqqət ayırır.

Digər mövzular

No content available.