Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı
“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı

Nəşriyyat

Səhifə sayı

46

Author

Asghar Zaidi, Dr. Jinpil Um

Publication

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı

Nəşr tarixi

28 December 2021

Download Icon

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində hazırlanıb.

Yaşlı insanların istifadə edilməyən fəal və sağlam yaşlanma potensialının milli və sub-milli səviyyələrdə qiymətləndirilməsi və ölçülməsində Hökumətə dəstək vermək məqsədilə beynəlxalq ekspert tərəfindən Fəal Yaşlanma İndeksi (FYİ) tərtib edilib. FYİ yaşlı insanların nə dərəcədə müstəqil həyat sürdüyünü, ödənişli əmək fəaliyyətində və sosial fəaliyyətlərdə nə dərəcədə iştirak etdiyini, eyni zamanda onların fəal şəkildə yaşlanma potensialını ölçür.

Azərbaycanda ilk dəfə hazırlanan FYİ barədə təfsilatlı məlumat verən və Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil təqdim edən Hesabat yaşı 55 və yuxarı olan qrupun fəaliyyət və iştirakçılığı barədə əhatəli və geniş məlumat təqdim edir. Hesabatda eyni təriflərdən istifadə olunaraq ümumilikdə FYİ və onun sahələrinə aid indekslərin təhlili çərçivəsində Aİ ölkələri ilə müqayisədə Azərbaycandakı nisbi vəziyyət nəzərdən keçirilir.