You are here

“Gender əsaslı zorakılıq qurbanlarına hüquqi yardım: milli və beynəlxalq müdafiə mexanizmləri” adlı bu tədris vəsaiti vəkillər və vəkilliyə namizədlərin gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi və qanuni nümayəndəlik xidmətləri üzrə bilik və təcrübələrinin artırılması məqsədilə hazırlanıb.

Vəsaitdə əks olunmuş təhlil və fikirlər müəlliflərə məxsusdur və heç bir şəkildə BMT-nin Əhali Fondunun, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fikirlərini əks etdirmir.