Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

UNFPA COP29 ərəfəsində iqlim fəaliyyəti üçün gənc qızların səsinin gücləndirilməsinə töhfə verir

UNFPA COP29 ərəfəsində iqlim fəaliyyəti üçün gənc qızların səsinin gücləndirilməsinə töhfə verir

Xəbərlər

UNFPA COP29 ərəfəsində iqlim fəaliyyəti üçün gənc qızların səsinin gücləndirilməsinə töhfə verir

calendar_today 14 October 2024

UNFPA Azərbaycan nümayəndəliyi COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib. Photo: UNFPA Azerbaijan
UNFPA Azərbaycan nümayəndəliyi COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib. Photo: UNFPA Azerbaijan

2024-cü il 11-13 oktyabr tarixlərində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi Lənkəranda “Qızlar İqlim Fəaliyyətinin Mərkəzində” adlı 3-günlük düşərgə təşkil edib. 11 oktyabr – Beynəlxalq Qız Uşaqları Günü münasibətilə təşkil edilən, COP29 Gənclər üzrə İqlim Çempionu və “Forest School Azerbaijan” tərəfindən dəstəklənən düşərgə ölkənin müxtəlif bölgələrindən 25-dək gənc qızı bir araya gətirib. Düşərgənin keçirilməsində məqsəd gənc qızlarda təcrübəyə əsaslanan öyrənmə, liderlik və açıq hava məşğələləri vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə mövzusunda həssas yanaşma formalaşdırmaqdan ibarət olub.

UNFPA COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib.

Düşərgə zamanı iştirakçılar iqlim dəyişikliyi və gender, qızların iqlim dayanıqlılığın təmin edilməsində rolu, iqlim fəaliyyətində liderlik kimi mövzularda təşkil edilən seminar və ustad dərslərində iştirak ediblər.

UNFPA COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib.

UNFPA COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib.

Düşərgənin keçirildiyi tarixlərdə Azərbaycanda səfərdə olan UNFPA-nın ölkə direktoru Məryəm Xan düşərgəyə qatılıb və COP29-un Gənclər üzrə İqlim Çempionu Leyla Həsənova ilə birlikdə iqlim fəaliyyətlərində qadın liderlərin və rol modellərinin rolu mövzusunda birgə sessiya keçirib.

UNFPA COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib.

“COP29-un Azərbaycanda keçirilməsi çox sevindiricidir və gənclərin, xüsusən də qızların bu müzakirələrə cəlb edilməsi vacibdir – bu, xüsusilə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr və gələcəkdə qəbul ediləcək Milli Fəaliyyət Planları çərçivəsində qəbul ediləcək liderlik qərarlarına və insanların rifahına yatırılacaq sərmayələrə qızların təsir etmə imkanını təmin edir”, – deyə Məryəm Xan gənclərin iqlim müzakirələrində səslərinin əhəmiyyətini vurğulayıb.

UNFPA COP29 ərəfəsində "Qızlar İqlim Fəaliyyətinin Mərkəzində" adlı düşərgə təşkil edib.

"Biz bu ilki COP29-da hər kəsin iştirak etməsini, xüsusilə uşaqların və gənclərin müzakirələrin mərkəzində olmasını istəyirik ki, onlara daha yaşıl və dayanıqlı gələcək miras qoyaq", deyə Leyla Həsənova COP29-da gənclərin iştirakının əhəmiyyətinə diqqət çəkib.

Düşərgə UNFPA Azərbaycan nümayəndəliyinin COP29 öncəsi həyata keçirilən fəaliyyətlərindən biridir.