Go Back Go Back
Go Back Go Back
Go Back Go Back

Ölkə Nümayəndəliyinin rəhbəri

Ölkə Nümayəndəliyinin rəhbəri

Ölkə Nümayəndəliyinin rəhbəri

Fərid Babayev

Fərid Babayev Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Tibb Universitetinin məzunu olan Dr. Fərid Babayev BMT-dəki karyerasına UNICEF-in Sağlam Həyat Tərzi üzrə Proqramının baş təlimçisi kimi başlamışdır. Daha sonra o, peşəkar fəaliyyətini reproduktiv sağlamlıq üzrə əlaqələndirici qismində Ümumdünya Səhiyyə Təşkilatında davam etdirmişdir. Bu vəzifədə çalışdığı müddət ərzində cənab Babayev Azərbaycanda icra edilən reproduktiv sağlamlıq layihələrinin inkişafına müvafiq texniki və proqram dəstəyinin göstərilməsində yaxından iştirak etmişdir. Əldə etdiyi bilikləri bölüşmək və beynəlxalq təcrübəni öyrənmək istəyi onu karyerasını dünyada qızların və qadınların reproduktiv sağlamlıq və hüquqlarının müdafiəsi ilə məşğul olan aparıcı BMT agentliyi – Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunda (UNFPA) davam etdirməyə ilhamlandırmışdır.

UNFPA-da çalışdığı müddət ərzində qazandığı təcrübə sayəsində 2006-cı ilin may ayında cənab Babayev UNFPA-nin Azərbaycan üzrə ölkə nümayəndəliyində Baş Müşavir vəzifəsinə təyin olunmuşdur. Hazırda UNFPA-nin Azərbaycandakı ölkə ofisinin rəhbəri vəzifəsində çalışan cənab Babayev BMT-nin Rezident Əlaqələndiricisi və UNFPA-nin Ölkə üzrə Nümayəndəsinin nəzarəti altında UNFPA-nın Azərbaycanda həyata keçirdiyi proqramlar portfelinin ümumi koordinasiyası və idarə edilməsinə cavabdehdir.

Cənab Babayevin akademik nailiyyətləri sırasında Kembric Universitetinin Lucy Cavendish Kollecindən Biznesin İdarəedilməsi üzrə Magistr dərəcəsi və Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundan fəlsəfə üzrə elmlər doktoru dərəcəsi yer alır. O, Azərbaycan, rus, ingilis və fransız dillərində sərbəst danışır.

Evlidir, iki uşaq atasıdır.