You are here

Yeni dərc edilmiş

“Dünya Əhalisinin Vəziyyəti 2020” Qlobal Hesabatı

Dünya əhalisinin vəziyyəti

Hər il dünyada milyonlarla qız ailələrinin, dostlarının və yaşadıqları icmaların razılığı ilə onlara fiziki və mənəvi zərər yetirən müxtəlif zərərli təcrübələrə məruz qalır. Bu haqda Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (BMTƏF) bu gün dərc olunmuş “Dünya Əhalisinin Vəziyyəti 2020” qlobal hesabatında bildirilir.

Sinənin damğalanmasından bakirəliyin yoxlanılmasınadək azı 19 zərərli təcrübə insan hüquqlarının pozulması hesab edilir. BMTƏF-nun builki qlobal hesabatı bu zərərli təcrübələrdən üç ən geniş yayılmışı üzərində fokuslanır: qadın sünnəti, erkən nikahlar və oğlan uşaqlarına qız uşaqlarından daha artıq dəyər verilməsi.

Bizim bu cür zərərli təcrübələri yayan qüvvələrə qarşı çıxmaq və hər bir qızın öz müqəddəratını təyin etmək imkanının olduğu bir dünyaya nail olmaq üçün gücümüz var. Mövzu barədə daha ətraflı məlumat üçün lütfən “Dünya Əhalisinin Vəziyyəti 2020” qlobal hesabatına keçid alın.

Tam icmal

COVID-19: Gender Aspektləri

Texniki hesabatlar və sənəd

BMT-nin Əhali Fondunun mənzil-qərargahı tərəfindən hazırlanmış bu Texniki Arayış COVID-19 pandemiyasına gender prizmasından baxışı özündə əks etdirir.

Tam icmal

Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram: Cənubi Qafqaz və bir sıra Asiya ölkələrində doğulan uşaqlar arasında cins nisbətinin tənzimlənməsi. Azərbaycan üzrə Ölkə İcmalı.

Nəşrlər

Bu sənəd Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram: Cənubi Qafqaz və bir sıra Asiya ölkələrində doğulan uşaqlar arasında cins nisbətinin tənzimlənməsi” layihəsi çərçivəsində BMT-nin Əhali Fondu tərəfindən hazırlanmışdır.

Dəlillərə söykənən məlumatlar əsasında hazırlanmış sənəddə Azərbaycanda gender-əsaslı cins seçimi fenomeni ilə bağlı mövcud vəziyyət, ölkədə doğulan uşaqlar arasında cins nisbətinin pozulması problemi və cinsə görə seçimi şərtləndirən səbəblər, bu sahədə ölkədə mövcud olan milli qanunvericilik çərçivəsi və ölkənin qoşulduğu beynəlxalq konvensiya və sənədlərə dair məlumatlar əksini tapır. Eyni zamanda, gender-əsaslı cins seçimi və gender ayrı-seçkiliyinin qarşısının alınması üçün mövcud imkanlara nəzər salınır və tövsiyələr verilir.

Hazırkı ölkə icmalı gender-əsaslı cins seçimi fenomeni ilə bağlı ölkə üzrə ən son statistik məlumatları ehtiva edir.

Tam icmal

Azərbaycanda özəl sektorda qadınlar: imkanlar və çətinliklər

Nəşrlər

Bu hesabat Dr. Aysel Vəzirova tərəfindən hazırlanıb. Hazırkı hesabatın məzmunu və burada qeyd olunan fikirlər müəllifin müstəsna məsuliyyətidir və heç bir şəkildə BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi və ya Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin fikirlərini və rəsmi mövqeyini əks etdirmir. Bununla belə, hesabat bütün aidiyyəti tərəflərlə məsləhət və məşvərət şəraitində tərtib edilmişdir.

Tam icmal

AZƏRBAYCANDA GENDER BƏRABƏRLİYİ VƏ GENDER MÜNASİBƏTLƏRİ: MÖVCUD VƏZİYYƏT VƏ İMKANLAR Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqatın (IMAGES) nəticələri üzrə Hesabat

Nəşrlər

“Promundo” Beynəlxalq təşkilatının və Qadınlar üzrə Beynəlxalq Tədqiqat Mərkəzinin (ICRW) tərtib
etdiyi “Kişilərin gender bərabərliyinə münasibətinə dair Tədqiqat” (IMAGES) kişi və qadınların gender
normaları ilə bağlı təcrübəsi və bu məsələlərə dair yanaşma tərzi, gender bərabərliyi siyasətinə münasibət,
qayğı göstərmə və kişilərin ata qismində iştirakı da daxil olmaqla ev təsərrüfatındakı dinamika, ailə daxili
zorakılıq, sağlamlıq və iqtisadi təzyiq kimi məsələləri əhatə edən ən müfəssəl araşdırma hesab olunur.
2016-cı ildə başlamış bu tədqiqat artıq 17 ölkədə keçirilib, 7 ölkə yaxın gələcəkdə tədqiqatın keçirilməsi
üçün məlumatların toplanmasını təsdiqləyib və əlavə olaraq 10 tərəfdaş təşkilatın apardığı tədqiqat
“IMAGES” tədqiqatının metodologiyasına uyğun həyata keçirilib .

Tam icmal

cover image

Demoqrafik Proqnozlar, 2014-2050: Azərbaycanda Doğulanların Cins Nisbətinin Müxtəlif Ssenariləri

Nəşrlər

Doğulacaq uşağın cinsinə görə seçimlə bağlı 1829 saylı AŞPA Qətnaməsi (2011) Azərbaycan da daxil olmaqla bir sıra ölkələri hədəfə alaraq, bu ölkələrdə doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının "narahatlıq doğuran səviyyəyə çatmasını" qeyd etmişdir.

Tam icmal

Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi

İllik raport

Azərbaycan Respublikasında cinsi və reproduktiv sağlamlıq və hüquqlar üzrə saziş qurumlarının tövsiyələrinin icra vəziyyətinin qiymətləndirilməsi

Tam icmal

Səhifələr