You are here

Gender əsaslı zorakılığı (GƏZ) dayandırmaq üçün hərəkətə keçin

Azərbaycanda məişət zorakılığı ilə mübarizə üzrə mövcud yönləndirmə mexanizminə dair məlumat səhifəsi

Home banner

Bu səhifədə hazırda Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mövcud olan müdafiə və dəstək xidmətlərinə dair məlumatlar təqdim olunur. Burada ölkədə məişət zorakılığının profilaktikası və qarşısının alınması üzrə hüquqi çərçivənin qısa icmalı, eləcə də zorakılıqla üzləşmiş şəxslər üçün əlçatan olan xidmətlərin əlaqə vasitələri yer alır.

Bu səhifədə təqdim olunan məlumatlar “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hazırlanıb.

share
Combined Shapess
Zorakılığı törətmiş şəxsin ailə üzvləri

Arvad, ər, valideynlər, uşaqlar, nənələr, babalar, nəvələr, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürmüş və övladlığa götürülmüş şəxslər.

live-saved-humanitarian-context copy
Zorakılığı törətmiş şəxslərlə yaşayan digər qohumlar

Yuxarıda sadalanan ailə üzvləri olmayan digər qohumlar.

icon spouse
Keçmiş həyat yoldaşı

Zorakılığı törədən şəxslə birgə və ya ayrılıqda yaşayan keçmiş arvad (ər).

Combined Shape
Qəyyumluq və ya himayə altında olan şəxslər

Qəyyum və ya himayəçi olan fiziki səxslər tərəfindən törədildikdə, üzərində qəyyumluq və va himayəçilik təyin edilmiş şəxslər.

Combined Shape
Qanuni nikahda olmadan birgə yaşayan partnyorlar

Zorakılığı törədən şəxslə qanuni nikahda olmadan birgə yaşayan qadın (kişi), habelə onlarla birgə yaşayan yaxın qohumlar.

Combined Shape
Polis və prokurorluq orqanlarına

Cinsi və fiziki zorakılıq hallarında zorakılıq cinayət həddinə çatdıqda cinayət işi başlayır. Zərurət olduqda zərərçəkmiş şəxs dövlət hesabına dərhal tibbi yardım, yardım mərkəzində müvəqqəti sığınacaq, geyim və qida məhsulları və psixoloji dəstəklə təmin edilir.

Zorakılıq cinayət həddinə çatmadıqda sikayət zərərçəkmiş şəxsin faktiki yaşadığı yer üzrə yerli icra hakimiyyəti orqanına göndərilir.

Həmçinin polis İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə icraata başlaya bilər.

Combined Shape
Faktiki yaşadığı yer üzrə yerli icra hakimiyyəti orqanlarına

Zərərçəkmiş şəxs vəkillə təmin edilir. Tələb edildikdə zərərçəkmiş şəxs sığınacaqla, mövsümi geyim və qida məhsulları, tibbi və psixoloji yardımla təmin edilir.

Zorakılığı törətmiş şəxsin əməllərində cinayət tərkibi və ya inzibati xəta varsa, səlahiyyətli dövlət orqanlarına müraciət edilir.

Zorakılıq uşağa qarşı törədildikdə valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilir.

Zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilir. Zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilir.

Combined Shape
Rayon (şəhər) məhkəmələrinə

Zorakılığı törədən şəxs qısamüddətli mühafizə orderində göstərilən qadağalara riayət etmədikdə, yaxud qısamüddətli orderin müddəti bitdikdən sonra zorakılıq davam etdikdə, məhkəmə zərərçəkmiş şəxsə 3 gün ərzində uzunmüddətli (30 gündən 180 günədək) mühafizə orderinin verilməsi barədə qətnamə qəbul edir.

Combined Shape
Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin şəhər (rayon) icra və probasiya şöbələrinə

Mühafizə orderində göstərilən tələblər icra edilmədikdə, zorakılığı törətmiş şəxs inzibati və cinayət məsuliyyətinə cəlb edilir.

Combined Shape
Dövlət səhiyyə sisteminin müəssisələrinə

Pulsuz tibbi yardımı təmin edir.

Combined Shape
Qısamüddətli mühafizə orderi (24 saat ərzində 30 günədək verilir)

Zorakılığı törətmiş şəxsə aşağıdakılar qadağan edilir:

  • məişət zorakılığını təkrar törətmək
  • zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda, həmin şəxsi axtarmaq
  • zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətləri etmək
Combined ShapeWhere necessary, the order shall include one Həmçinin zərurət olduqda orderdə or several of the following
Uzunmüddətli mühafizə orderi (3 gün ərzində 30 gündən 180 günədək verilir)

Zorakılığı törətmiş şəxsə aşağıdakıların biri və ya bir neçəsi qadağa edilir:

  • məişət zorakılığını təkrar törətmək
  • zərərçəkmiş şəxsin olduğu yer ona məlum olmadıqda həmin şəxsi axtarmaq
  • zərərçəkmiş şəxsə narahatlıq gətirən hərəkətləri etmək

Həmçinin zərurət olduqda orderdə aşağıdakılardan biri və ya bir neçəsi göstərilir:

  • məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət qaydaları
  • yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi
  • zərərçəkmiş şəxsə tibbi və ya hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri
  • uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamənin icra edilməməsinə görə məsuliyyətin izah edilməsi barədə məlumat
Path
Qaynar Xətlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK)
(012) 498 00 92
AQUPDK / BMT-nin Əhali Fondunun birgə dəstək xətti
(012) 860
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin “Qayğı” Çağrı Mərkəzi
116 123
Path
Hüquq-mühafizə
Daxili İşlər Nazirliyi
102
Baş Prokurorluq
961
(012) 492 55 40
(012) 492 01 38
Path
Hüquqi Yardım
Vəkillər Kollegiyası
(012) 594 08 70
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Resurs Mərkəzi
(051) 500 08 58
Path
Sığınacaqlar
“Təmiz Dünya” İctimai Birliyi nəzdində fəaliyyət göstərən sığınacaq (Bakı)
(012) 408 56 96
"Təmas" İctimai Birliyi nəzdində fəaliyyət göstərən sığınacaq (Gəncə)
(050) 753 28 01
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nəzdində sığınacaq
116 123
(012) 525 41 30
(050) 525 41 30
Path
Tibbi Dəstək
Səhiyyə Nazirliyi
103
Respublika Klinik Xəstəxanası
(012) 430 77 38
(012) 430 77 36
(012) 431 98 41
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
(012) 421 20 73
(012) 421 44 98
(012) 421 21 71
(012) 421 22 62
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu
(012) 510 09 52
(012) 510 09 51
Bakı şəhəri 7 saylı Qadın Məsləhətxanası
(012) 564 25 16
(012) 564 24 58
Bakı şəhəri 25 saylı poliklinika
(012) 561 58 00
(012) 561 24 10
Respublika QİÇS-lə Mübarizə Mərkəzi
(012) 510 08 69
Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası
(012) 495 38 58
(012) 495 21 96
(012) 495 38 78
(012) 495 38 56
Psixi Sağlamlıq Mərkəzi
(012) 566 24 09
Path
Ailə Dəstək Mərkəzləri
AQUPDK Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi
(012) 454 95 52
(012) 454 89 60
AQUPDK Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzi
(024) 225 51 88
AQUPDK Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi
(026) 324 20 13
AQUPDK Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzi
(022) 245 30 13
AQUPDK Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi
(022) 205 34 03
AQUPDK Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzi
(021) 204 44 70
AQUPDK İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi
(020) 285 10 46
(020) 285 14 46
AQUPDK Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi
(024) 205 44 29
AQUPDK Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzi
(021) 285 28 06
AQUPDK Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi
(021) 235 84 13
AQUPDK Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi
(020) 296 63 61

Gender əsaslı zorakılıq nədir?

UNFPA-nin Azərbaycanda gender əsaslı zorakılıqla (GƏZ) apardığı mübarizəyə dəstək olun.

Səhifəni paylaşın və ya düyməyə sıxmaqla GƏZ barədə daha ətraflı məlumatla tanış olun.

GƏZ barədə daha ətraflı məlumat almaq
Seçilmiş

NƏŞRLƏR

Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü

Qadına qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir. Qadınlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır.

Xəbəri Oxu