News

Azərbaycanın kənd yerlərində gender əsaslı zorakılığa sistemli mübarizənin təşkili

23 January 2018

Gender əsaslı zorakılıq qurbanlarına xidmət göstərən ailə dəstək mərkəzlərində ünvanlı yeniliklərin az sayda olması Azərbaycanda zorakılıqsız cəmiyyətin qurulmasında əsas əngəllərdəndir. Yenilənmiş standartlar və modelləri tədbiq edərək yardım mərkəzləri buraya zorakılıq törədənin məngənəsindən canını qurtarmaq üçün bir ümidin işığına gələn qurbanlara nöqsansız və rahat işləyən mexanizmlər yaratmağa çalışır.

“Bir çox hallarda, biz, ətrafda baş vermiş zorakılıq hadisəsi barədə bir müddət sonra məlumat alırıq. Əksər hallarda zərər çəkənlər dərin kök salmış stereotiplər və sosial tabulardan qorxduqları üçün zorakılıq törədənə qarşı səslərini ucaltmırlar” deyə Göygöl Ailə Dəstək Mərkəzinin (ADM) sosial işçisi Sayyad xanım bildirir. “Biz ögey atanın qızına qarşı bir neçə dəfə zorakılıq törətdiyinin, amma qohumların təzyiqi ilə qızın susmağa məcbur olması kimi xoşagəlməz bir halın şahidi olmuşuq. Onlar cəmiyyətdən xaric edilməkdən qorxurdular, lakin bu gənc qızın sağlamlığı barədə heç düşünmürdülər,” deyə Sayyad dəstək mərkəzinin təcrübəsindən bir halı yada salır.

Xüsusilə ölkənin bəzi bölgələrində gender əsaslı zorakılığın geniş yayıldığı bu zamanda, müvafiq şəkildə hazırlanmış əməliyyat prosedurları mövcudluğu Azərbaycandakı Ailə Dəstək Mərkəzləri tərəfindən bir çox zorakılıq hallarının qarşısının alınması daha səmərəli baş tutardı.

BMT-nin Əhali Fondu tərəfindən aparılan və bütün ölkə üzrə şəhər və kənd yerlərində 9500 ev təsərrüfatını əhatə edən statistik müşahidələr sorğuda iştirak edənlərin 4.2 faizinin zorakılığa məruz qaldığını aşkar edib. Zərər çəkmiş insanların arasında 15-29 yaş arası gənclərin xüsusi çəkisi ölkə üzrə 33.2% təşkil etmişdir. Bu göstəricilərə baxmayaraq, Ailə Dəstək Mərkəzlərinin əksəriyyətində hələ də aydın cavab mexanizmləri olmamaqdadır.

“Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində BMT-nin Əhali Fondu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 11 Ailə Dəstək Mərkəzi, eləcə də məişət zorakılığı qurbanlarına yardım və sığınacaq xidmətləri göstərmək üçün akkreditasiya edilmiş QHT-lərin işçi heyətinə potensialların artırılması üzrə dörd günlük təlim təşkil etmişdir. Təlim Ayşə Akın və Ezgi Türkçelik tərəfindən keçirilmişdir. Təlimin əsas məqsədi BMT-nin Əhali Fondu tərəfindən Ailə Dəstək Mərkəzlərinin və QHT-lərin potensialının qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq onların işçi heyətinin bilik və bacarıqlarını inkişaf etdirmək idi.

Təlimdə peşəkarlara gender əsaslı zorakılığın gizli təzahürləri, qurbanın psixoloji vəziyyətinin tanınması, müvafiq istiqamətləndirmə və cavab mexanizmlərinin yaradılması üçün nümunə formaların doldurulması və s.  kimi mövzularda təxminən 20 sessiya təqdim edildi. Qurbanlara qarşı riskin qiymətləndirilməsi və onların təhlükəsizliyin planlaşdırılması iştirakçıların tanış olduqları yeni mövzular idi. Təlimin birinci gününün “gözləntilər” sessiyasında iştirakçıların bildirdiyi istək nəzərə alınaraq, Türkiyədə və digər inkişaf etmiş ölkələrdə xidmətlərin təminatı və təcrübələri mövzusunda təqdimatlar baş tutdu.

 “Bizdə hal-hazırda beynəlxalq standartlara uyğun bəzi formaların olmasına baxmayaraq, iş yerlərimizə qayıtdığımız zaman zorakılığın qurbanlara təsirinin azaldılması üçün riskin qiymətləndirilməsi və təhlükəsizliyin planlaşdırılması ilə bağlı daha dəqiq və hərtərəfli formaları tətbiq edəcəyik. Bu gün təlimçilərin nümayiş etdirdiyi standart sənədlər mükəmməldir. Mən istifadə etdiyimiz formalarda və zorakılıq qurbanları ilə rəftarımızda bəzi nöqsanlar aşkar etdim,” regionların birində Ailə Dəstək Mərkəzinin işçisi Zemfira xanım bildirdi.  O, baş vermiş bir fiziki təcavüz hadisəsinin sosial media vasitəsilə ortaya çıxdığını xatırladı. “İnternet və sosial medianın rolunu nəzərə alaraq, sosial mediada işləmək üçün daha çox vasitələrə ehtiyacımız var. Bu vasitələr rahat və işlək olmalı, və potensial qurbanlara çıxışı təmin etməlidir ki, biz də onları daha sonra dəstək üçün müvafiq orqanlara istiqamətləndirə bilək. İnsanlar mərkəzə gəlməyin onlar üçün yarada biləcəyi nəticələrdən qorxaraq, bizimlə internet vasitəsilə əlaqə saxlayır.  İcma ilə yalnız sosial media vasitəsilə söhbət etməklə tabu sayılan bu zorakılıq mövzusu haqqında səsimizi ucaldmağa qadirik.”

Bundan əlavə, iştirakçılar qisamüddətli və uzunmüddətli mühafizə orderləri, zorakılıqdan xilas olmuş şəxsin ehtiyaclarının müəyyən edilməsi və müvafiq fərdi planın hazırlanması, digər qurumlarla əlaqələndirmə və əməkdaşlıq, qurbanın etibarını qazanmaq və artırmaq, eləcə də məxfiliyin qorunması, qurbanın uşaqları ilə işləmək, qurbanı müşayiət edən uşağı necə dinləməli və müsahibə etməli, həmçinin zorakılığa məruz qalmış qadını haraya və necə istiqamətləndirmək kimi mövzularda məlumat əldə etdilər.