You are here

20/07/2021

Əlilliyin tibbi və sosial modeli.. Bunlar əlilliyə qarşı insanların, cəmiyyətin müəyyən bir düşüncə tərzi / münasibətidir. Bəs əlilliyin bu modelləri haqda heç eşitmisinizmi?

Videoçarx Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu və BMT-nin İnkişaf Proqramı UNDP Azerbaijan tərəfindən birgə həyata keçirilən “Əlilliyi olan Qadınların və Dağlıq Qarabağ Müharibəsi Veteranlarının Hüquqlarının və Rifahının Təmin Edilməsi” layihəsi çərçivəsində ərsəyə gəlib.

02/12/2020

 

Azərbaycanda ilk dəfə olaraq COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsiri mövzusunda sürətli gender qiymətləndirməsi həyata keçirilib.

21/04/2020

This animated video provides a set of simple recommendations for elderly on how to stay healthy and remain in high spirit in times of COVID-19 lock-down. The video has been developed within the framework of the Active Ageing project implemented by the UNFPA Azerbaijan and Ministry of Labour and Social Protection of Population of Azerbaijan Republic.

21/04/2020

BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində yaşlılar üçün koronavirusdan qorunmaq və pandemiya dövründə sağlam və gümrah qalmaq mövzusunda maarifləndirici animasiya çarxı hazırlayıb.

08/03/2020

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə qızların səlahiyyətləndirilməsi mövzusuna həsr edilmiş videoçarx ərsəyə gətirib. Videoçarx qız uşaqlarının təhsil vasitəsilə səlahiyyətləndirilməsində ataların rolundan bəhs edir və təhsilin qızların müqəddəratının təyin olunmasındakı əvəzsiz rolunu vurğulayır.

Videoçarx Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.

Fürsətdən istifadə edərək, BMT-nin Əhali Fondu valideynləri, xüsusilə ataları qız övladlarının təhsilə yönləndirilməsində fəal mövqe tutmağa çağırır.

05/12/2019

There are reasons why women are always worried about violence.. One in every 3 women in the world is exposed to violence every day ...

Let's create conditions for women to feel safe and secure.

Stop violence against women!

* * *

This video was produced by the UNFPA as part of the 16 Days of Activism Campaign against Violence Against Women and Girls (2019).

05/12/2019

Qadınların hər zaman zorakılıqla bağlı narahat olduqları səbəblər var.. Dünyada hər gün hər 3 qadından biri zorakılığa məruz qalır...

Qadınların özlərini təhlükəsiz mühitdə hiss etmələri üçün şərait yaradaq.

Gəlin qadınlara qarşı zorakılığa son qoyaq!

* * * 

Bu videoçarx qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş 16 Günlük Fəallıq Kampaniyası (2019) çərçivəsində BMT-nin Əhali Fondu tərəfindən hazırlanmışdır.

11/10/2018

BAKI, 11 oktyabr 2018 – BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi Beynəlxalq Qız övladları günü münasibətilə cinsə görə edilən abortlara qarşı yönəlmiş “404:Not Found” adlı video çarx ərsəyə gətirib. Video çarxda qızlara dünyaya gəlmək şansı verildiyi təqdirdə onların cəmiyyətə nə qədər töhfə verə biləcəyi nümayiş etdirilir və selektiv abortların gender əsaslı ayrı-seçkilik nəticəsində qadınların cəmiyyətdə iştirakını məhdudlaşdıran stereotiplərdən qaynaqlanması vurğulanır.

11 oktyabr Beynəlxalq Qız övladları günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.

Təəssüf ki, Azərbaycanda qız övladına münasibət birmənalı deyil. Cəmiyyətdə hökm sürən bir sıra stereotiplər qızları ailədə arzuolunmaz edir. Doğulan uşaqlar arasında cins nisbətinin bioloji normaya əsasən 105-106 olmasına baxmayaraq, məhz bu münasibət nəticəsində Azərbaycanda bu rəqəm 114 təşkil edir. Bu durumla qarşılaşan ölkələrin təcrübəsinə nəzər salsaq aydın olur ki, bu gedişatla Azərbaycan cəmiyyəti qarşısı çox çətin alınan bir sıra problemlərlə üzləşə bilər.

Bunu nəzərə alaraq, BMT-nin Əhali Fondu uşağın cinsinə görə edilən abortların qarşısının alınması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu layihələrə ölkədə ilk dəfə olaraq əsas auditoriya qismində məhz gənc kişi və atalar cəlb olunur. Sözügedən layihələrin uğurlu icrası məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də əsas tərəfdaşlar kimi yaxından iştirak edərək bu təşəbbüslərə əhəmiyyətli dəstək verirlər.

Qeyd edək ki, BMT-nin Əhali Fondu bu video çarxı Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təbliği” üzrə Qlobal Proqram çərçivəsində ərsəyə gətirib.

11/10/2018

BAKU, 11 October 2018 – United Nations Population Fund (UNFPA) produced a Public Service Announcement (PSA) named “404: Not Found” about gender-based abortion, which is dedicated to the International Day of the Girl Child. The PSA demonstrates how much girls can contribute to society if they are given a chance to born and emphasises that selective abortions are derived from gender-based discrimination and stereotypes that limit women’s participation in society.

11 October has been marked as the International Day of the Girl in most countries. The day, established since 2012 by the UN General Assembly decision, aims to highlight protection of the rights of girls, their access to health, education and other opportunities, as well as to increase attention to gender equality in society.

Unfortunately, the attitude towards girl child is not unambiguous in Azerbaijan. Several dominant stereotypes in society make girls undesirable in family. Although the biological norm of the gender ratio is usually 105-106, due to such attitude this number has reached 114 in Azerbaijan. If we review experiences of other countries facing the same situation, it becomes apparent that Azerbaijani society is highly likely to face various problems hard to prevent.

Thus, UNFPA has launched several projects in order to prevent gender-based abortions. Young men and fathers are involved to these projects for the first time in the country. Ministry of Labour and Social Protection of Population, Ministry of Youth and Sport and the State Committee for Family, Women and Children Affairs also support these initiatives as main partners.

UNFPA produced this video under the framework of Global Programme on “Preventing preference of boy child and promoting values of girls” with the financial support of the European Union.

14/10/2017

The open-air festival bringing together dads and daughters took part in Baku on the occasion of 11th October, International Girl Child Day. The festival was supported by UNFPA Azerbaijan CO in collaboration with Ministry of Youth and Sports. During the festival dads and daughters had a chance to engage in games and joint activities.

Pages