You are here

Yeni dərc edilmiş

Azərbaycanda ödənişli atalıq məzuniyyətinə doğru - müvafiq siyasi çərçivənin hazırlanması üçün imkanlar və perspektivlər

Azərbaycanda ödənişli atalıq məzuniyyətinə doğru - müvafiq siyasi çərçivənin hazırlanması üçün imkanlar və perspektivlər

Vəziyyət Hesabatı

Azərbaycanda ödənişli atalıq məzuniyyətinə doğru - müvafiq siyasi çərçivənin hazırlanması üçün imkanlar və perspektivlər

Tam icmal

“Məişət zorakılığı və onunla mübarizə” mövzusunda maarifləndirici vəsait

“Məişət zorakılığı və onunla mübarizə” mövzusunda maarifləndirici vəsait

Nəşrlər

“Məişət zorakılığı və onunla mübarizə” mövzusunda hazırlanmış sözügedən maarifləndirici vəsaitdə məişət zorakılığı ilə üzləşmiş şəxslər üçün mövcud olan dəstək və yönləndirmə mexanizmləri barədə ətraflı məlumat əks olunub. Vəsait hüquqşünaslar, yerli icra hakimiyyəti orqanları, tibb müəssisələri, qeyri-hökumət təşkilatlarının işçiləri və nümayəndələri, həmçinin ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Tam icmal

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı

Nəşrlər

“Azərbaycan üçün Fəal Yaşlanma İndeksi: Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil” Hesabatı BMT-nin Əhali Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” birgə layihəsi çərçivəsində hazırlanıb.

Yaşlı insanların istifadə edilməyən fəal və sağlam yaşlanma potensialının milli və sub-milli səviyyələrdə qiymətləndirilməsi və ölçülməsində Hökumətə dəstək vermək məqsədilə beynəlxalq ekspert tərəfindən Fəal Yaşlanma İndeksi (FYİ) tərtib edilib. FYİ yaşlı insanların nə dərəcədə müstəqil həyat sürdüyünü, ödənişli əmək fəaliyyətində və sosial fəaliyyətlərdə nə dərəcədə iştirak etdiyini, eyni zamanda onların fəal şəkildə yaşlanma potensialını ölçür.

Azərbaycanda ilk dəfə hazırlanan FYİ barədə təfsilatlı məlumat verən və Avropa İttifaqı ölkələri ilə müqayisəli təhlil təqdim edən Hesabat yaşı 55 və yuxarı olan qrupun fəaliyyət və iştirakçılığı barədə əhatəli və geniş məlumat təqdim edir. Hesabatda eyni təriflərdən istifadə olunaraq ümumilikdə FYİ və onun sahələrinə aid indekslərin təhlili çərçivəsində Aİ ölkələri ilə müqayisədə Azərbaycandakı nisbi vəziyyət nəzərdən keçirilir.

Tam icmal

Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə

Nəşrlər

“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə” valideynlik bacarıqları, ataların qayğı göstərmə münasibətlərinə cəlbi və ailədaxili şiddətin azaldılması sahələrində qabaqcıl təcrübələri təqdim edir.

Vəsait Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində hazırlanıb.

Hazırkı məcmuə zərərli gender normaları ilə mübarizəyə yönələn və kişiləri qayğı işinə və ev təsərrüfatı işlərinin idarə edilməsinə daha çox cəlb olunmağa stimullaşdıran atalıq proqramlarının hazırlanmasında istinad sənədi kimi istifadə edilmək üçün nəzərdə tutulur. Məcmuədə təqdim olunan qısa xülasələr dünyanın müxtəlif yerlərində icra olunan "Atalıq Məktəbi" (Papa School) proqramlarını təsvir edir. Əlavə proqram icmalları istinad üçün təqdim edilir və xüsusilə Qərbi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində mövcud olan müxtəlif atalıq təlimi təşəbbüslərinin ümumi mənzərəsini təqdim edir.

Tam icmal

BİRLİKDƏ GENDER STEREOTİPLƏRİ VƏ GENDER ƏSASLI ZORAKILIĞA QARŞI: HAMİLƏLİK VƏ DOĞUŞ ZAMANI KİŞİLƏRİN CƏLB EDİLMƏSİ ÜZRƏ RESURS KİTABÇASI

Nəşrlər

“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Hamiləlik və doğuş zamanı kişilərin cəlb edilməsi” üzrə Resurs Kitabçası Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində tərtib edilib. Bu resurs kitabçası peşəkar tibb mütəxəssisləri üçün hazırlanmışdır. Sənədin hazırlanmasında məqsəd tibb işçilərinin kişilərlə hamiləlik və doğum müddətində iş aparmasına və fəal atalığı təşviq etməsinə kömək etməkdir. 

Tam icmal

Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü

Nəşrlər

Qadına qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən geniş yayılmış pozuntularından biri kimi qəbul edilir. Qadınlar həyatlarının istənilən mərhələsində gender əsaslı zorakılığın müxtəlif formaları ilə üzləşə bilər. Bu zorakılıq qadınlar və kişilər arasında resursların və səlahiyyətlərin qeyri-bərabər bölgüsü ilə birbaşa əlaqəli olaraq, qadınların ailə və cəmiyyətdəki asılı mövqeyindən qaynaqlanır.

Bu hesabatda Azərbaycanda qadınlara qarşı zorakılığın iqtisadi yükü bir sıra aspektlərdən nəzərdən keçirilir. Təhlil edilən mövzular sırasında qadınlara qarşı zorakılıq nəticəsində itirilmiş iqtisadi məhsuldarlıq, bu zorakılığın aradan qaldırılması istiqamətində göstərilən sektoral xidmətlərə sərf olunan maliyyə, qadınlara qarşı zorakılığın doğurduğu məcmu iqtisadi xərclər və s. yer alır.

Hesabat iqtisadiyyat üzrə fəlsəfə doktoru Qanna Qerasimenko tərəfindən hazırlanıb. Tədqiqatın strukturu və metodologiyası Avropa Gender Bərabərliyi İnstitutunun (EİGE) Birləşmiş Krallıq (2014) və Ukraynada (2016-2017) vəziyyətin təhlili çərçivəsində uğurla sınaqdan keçirilmiş yanaşmaları əsasında hazırlanıb.

Hesabatda əks olunan fikir və mülahizələr müəlliflərə aiddir və BMT-nin Əhali Fondunun və ya Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmi mövqeyini əks etdirməyə bilər.

BMT-nin Əhali Fondu hesabatın ərsəyə gəlməsində əməkdaşlıq etdiyi bütün tərəfdaşlara minnətdarlığını bildirir.

Tam icmal

“Gender əsaslı zorakılıq qurbanlarına hüquqi yardım: milli və beynəlxalq müdafiə mexanizmləri” Vəkillər və Vəkilliyə Namizədlər üçün Tədris Materiali

Nəşrlər

“Gender əsaslı zorakılıq qurbanlarına hüquqi yardım: milli və beynəlxalq müdafiə mexanizmləri” adlı bu tədris vəsaiti vəkillər və vəkilliyə namizədlərin gender əsaslı zorakılıqdan zərər çəkmiş şəxslərə hüquqi yardımın göstərilməsi və qanuni nümayəndəlik xidmətləri üzrə bilik və təcrübələrinin artırılması məqsədilə hazırlanıb.

Vəsaitdə əks olunmuş təhlil və fikirlər müəlliflərə məxsusdur və heç bir şəkildə BMT-nin Əhali Fondunun, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının fikirlərini əks etdirmir.

Tam icmal

Azərbaycan mediasında gender həssaslığının artırılması: jurnalistlər üçün təlimat kitabı

Nəşrlər

“Azərbaycan mediasında gender həssaslığının artırılması: jurnalistlər üçün təlimat kitabı” adlı bu vəsait  Azərbaycan mediasında xəbərlərin hazırlanması və təqdimatında gender həssaslığının artırılması və gender bərabərliyinin nəzərə alınması, eləcə də qızların və qadınların dəyərinin təşviqi mövzusunda media nümayəndələri üçün ətraflı məlumat və təlimatları ehtiva edir.

Vəsait Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İdman və Gənclər Nazirliyi ilə birgə həyata keçirdiyi “Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsı üzrə Qlobal Proqram” çərçivəsində Azərbaycan Mətbuat Şurası ilə birgə hazırlanıb.

Nəşrin məzmunu müəlliflərə məxsusdur və heç bir şəkildə BMT-nin Əhali Fondunun, Avropa İttifaqının və ya layihədə iştirak edən Hökumət tərəfdaşlarının fikirlərini əks etdirmir.

Tam icmal

Azərbaycan Respublikasının milli qanunvericilik və dövlət siyasətinin gender aspektinin qiymətləndirilməsi üzrə hesabat

Nəşrlər

“Azərbaycan Respublikasının milli qanunvericilik və sosial-iqtisadi siyasi çərçivəsinin gender aspektinin qiymətləndirilməsi” adlı bu hesabat milli qanunvericilik və dövlət siyasətinin gender məsələlərinə adekvat reaksiyasının qiymətləndirilməsinin nəticələrini və çatışmazlıqların aradab qaldırılması üçün tövsiyələri əks etdirir.

Hesabat Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondunun və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və İdman və Gənclər Nazirliyi ilə birgə həyata keçirdiyi “Oğlan Uşaqlarına Verılən Üstünlüyün Qarşısının Alınması və Qızların Dəyərının Təşvıq Edılməsı üzrə Qlobal Proqram” çərçivəsində hazırlanıb.

Hesabatda əks olunmuş təhlil və fikirlər müəlliflərə məxsusdur və heç bir şəkildə BMT-nin Əhali Fondunun, Avropa İttifaqının və ya layihədə iştirak edən Hökumət tərəfdaşlarının fikirlərini əks etdirmir.

Tam icmal

Azərbaycanda COVID-19 pandemiyasının qadın və kişilərin həyatına təsirinin Sürətli Gender Qiymətləndirməsi

Vəziyyət Hesabatı

Cari hesabatda COVİD-19 pandemiyasının Azərbaycanda qadın və kişilərin sosial-iqtisadi təminatı və gəlir mənbələrinə təsirinə dair keçirilmiş sürətli gender qiymətləndirilməsinin nəticələri təqdim edilir. 

Bu tədqiqat Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən birlikdə həyata keçirilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində yerli tədqiqat təşkilatı olan “Sosial Tədqiqatlar Mərkəzi”nin dəstəyi ilə həyata keçirilib.

Hesabatda əks olunan fikir və mülahizələr müəlliflərə aiddir və BMT-nin Əhali Fondunun və ya BMT-nin Qadınlar üzrə Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Tam icmal

Səhifələr