You are here

“Birlikdə Gender Stereotipləri və Gender Əsaslı Zorakılığa Qarşı: Atalıq Proqramları üzrə Məcmuə” valideynlik bacarıqları, ataların qayğı göstərmə münasibətlərinə cəlbi və ailədaxili şiddətin azaldılması sahələrində qabaqcıl təcrübələri təqdim edir.

Vəsait Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Qadınlar üzrə Agentliyi və BMT-nin Əhali Fondu tərəfindən birlikdə həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində hazırlanıb.

Hazırkı məcmuə zərərli gender normaları ilə mübarizəyə yönələn və kişiləri qayğı işinə və ev təsərrüfatı işlərinin idarə edilməsinə daha çox cəlb olunmağa stimullaşdıran atalıq proqramlarının hazırlanmasında istinad sənədi kimi istifadə edilmək üçün nəzərdə tutulur. Məcmuədə təqdim olunan qısa xülasələr dünyanın müxtəlif yerlərində icra olunan "Atalıq Məktəbi" (Papa School) proqramlarını təsvir edir. Əlavə proqram icmalları istinad üçün təqdim edilir və xüsusilə Qərbi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində mövcud olan müxtəlif atalıq təlimi təşəbbüslərinin ümumi mənzərəsini təqdim edir.