You are here

Doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə məqsədi daşıyan tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin rəhbəri, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri Fərid Babayev və başqaları iştirak ediblər. Sərqi Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən "Oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması və qızların dəyərinin təşviq edilməsi" üzrə Qlobal Proqramı çərçivəsində baş tutub.

F.Babayev doğulanlar arasında cins nisbətinin aradan qaldırılması üçün maarifləndirmə tədbirlərinin, o cümlədən hazırda keçirlən tədbirin əhəmiyyətindən bəhs edib, bu sahədə BMT-nin Əhali Fondunun dəstəyini davam etdirəcəyini qeyd edib.

S.Müslümov respublikada müsbət demoqrafik vəziyyətin və əhalinin sabit artım tempinin mövcud olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, bununla belə, Azərbaycanda doğulanların cins strukturunda oğlan uşaqlarının qız uşaqlarına nisbətən nəzərəçarpan artımı, cins nisbətinin pozulması müşahidə edilir: "Hazırda Azərbaycanda gender bərabərliyinin təmin olunması yönündə fəal dövlət siyasəti aparılır. Bunun nəticəsi olaraq Bakıda və ölkəmizin

 regionlarında cins nisbətinin pozulmasının aradan qaldırılmasına yönələn müxtəlif formalarda kütləvi maarifləndirmə işləri aparılır. Eləcə də müvafiq mövzuda ümumi məlumat xarakterli bukletlər, infoqrafika hazırlanıb, 20 rayonda bilbordlar yerləşdirilib”.

Daha sonra K.Yankauskas, İ.Babayev, A.Sofiyeva çıxış edərək bu kimi tədbirlərin önəmini diqqətə çatdırıblar.

BMT Baş Assambleyasının qərarı ilə 11 oktyabr -Beynəlxalq Qızlar Gününün təsis olunması qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.