News

BMT-nin Əhali Fondu 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə vətəndaşlar arasında sorğu keçirib

1 Oktyabr 2019
active ageing

Bu gün, 1 oktyabr – Beynəlxalq Ahıllar Günüdür.

BMT-nin Əhali Fondu əhalinin yaşlı təbəqəsinin rifahının artırılması istiqamətində aidiyyatı hökumət qurumları ilə fəal əməkdaşlıq edir. Sevindirici haldır ki, ahıl yaşda olan vətəndaşlarımızın rifahına müsbət təsir edəcək və özlüyündə yeni bir konsepsiya olan fəal yaşlanma ideyasının təbliğini nəzərdə tutan mühüm bir layihənin - “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsinin ölkəmizdə icrasına artıq başlanılıb.

Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə icra olunan bu layihə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilir.

Sözügedən layihə və fəal yaşlanma ideyası barədə məlumat vermək, eləcə də vətəndaşların bu mövzuya münasibətini öyrənmək məqsədilə BMT-nin Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi tərəfindən hazırlanmış materialı (Azərbaycan və rus dillərində) və rəy sorğusunu (Azərbaycan dilində, ingilis subtitrləri ilə) diqqətinizə təqdim edirik:

Azərbaycanca

Rusca