News

BMT-nin Əhali Fondunun İcraçı direktoru Dr.Babatunde Osotimehin dünyasını dəyişib

6 İyun 2017

BMT-nin Əhali Fondu dərin kədər hissi ilə bildirir ki, BMT-nin Əhali Fondunun İcraçı Direktoru Dr. Babatunde Osotimehin iyunun 5-i qəfildən dünyasını dəyişib.

Onun vəfatı həyatını xidmətinə həsr etdiyi insanlar, xüsusilə qızlar və qadınlar üçün ağır itkidir.

BMT-nin Əhali Fondu onun ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

“Dr. Osotimehin güclü liderliyi sayəsində qadın və qızların səhhəti və hüquqları dünyanın qlobal gündəliyində yüksək əhəmiyyətini qoruyub. O anlayırdı ki, 1.8 milliard dünya gənci gələcəyin ən böyük ümididir.

BMT-nin Əhali Fondu Dr. Osotimehinin qadın və gənclərlə bağlı böyük əməyini, hər bir kəsin, xüsusilə həssas qruplardan olan yeniyətmə qızların insan hüquqları və ləyaqətinin müdafiəsini davam etdirəcəyini bəyan edir.

Dr. Osotimehin 3 əsas transformativ məqsəd uğrunda mübarizə aparırdı: qarşısı alınan ana ölümü, ailə planlaşdırılması üçün sıfır qarşılanmayan tələb, və qadın və qızlara qarşı zərərli ənənələrin aradan qaldırılması. BMT-nin Əhali Fondu qlobal məqsədlər ətrafında toplanan hər kəsi onun mirasını ehtiramla yad etməyə çağırır.

Dr. Osotimehin, həkim və ictimai səhiyyə üzrə ekspert idi və BMT-nin Əhali Fondunun dördüncü İcraçı Direktoru vəzifəsinə 2011-ci il 1 Yanvar tarixində təyin olunmuşdu.