You are here

Bu gün, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin indönümündə, biz, Bəyannamənin cinsi və reproduktiv sağlamlıq hüquqları üçün təmin etdiyi əsasları, eləcə də onların fundamental insan haqları kimi getdikcə daha çox tanınmasını alqışlayırıq. Bu yanaşma, həmin hüquq və azadlıqların təşviqini işinə böyük töhfə vermiş olur.

 

Son bir neçə il ərzində İnsan Hüquqları Şurasının cinsi və reproduktiv sağlamlıqla bağlı tövsiyələri ikiqat artmışdır. Ailə planlaması və yeniyetmə hamiləliyi kimi reproduktiv hüquq məsələlərinə dair xüsusi istinadlar demək olar ki, üç dəfə artmışdir. BMT-nin müqavilə qurumları və xüsusi prosedurları da bu sahədə daha israrlı addımlar atır.

 

Bu müsbət dəyişikliklər BMT-nin Əhali Fonduna həmin hüquqlar pozulduğu zaman səsini ucaltmaqda cəsarətli olmaq üçün etibarlı normativ, hüquqi və mənəvi əsaslar yaradır.

 

Biz artıq dünyanın bir neçə yerində bununla bağlı fəaliyyət göstəririk.

 

2016-cı ildə El Salvadorda BMT-nin Əhali Fondunun dəstəyi ilə Ombudsmanın cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair apardığı qiymətləndirmə yeniyetmə hamiləliyi və gender əsaslı zorakılığa ictimai səhiyyə problemi kimi deyil, qadın və qızların insan hüquqlarının pozulması mövzusu kimi baxılmasına yol açdı.

 

Malavidə BMT-nin Əhali Fondunun dəstəyi ilə milli insan hüquqları idarəsinin cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair keçirdiyi ictimai sorğu qadın və qızlara cinsi və reproduktiv sağlamlıqla bağlı xidmətlərə müraciət etdikləri zaman məruz qaldıqları pis rəftar, ayrı-seçkilik və zorakılıq halları barədə danışmaq imkanı yaratdı.

 

Azərbaycanda BMT-nin Əhali Fondunun dəstəyi ilı insan hüquqları üzrə müvafiq milli qurumun  həyata keçirdiyi oxşar qiymətləndirmə aidiyyəti normativ aktlar və onların icrası arasında boşluqları aşkara çıxardı və bu məsələlərdə insan hüquqları aspektlərini vurğuladı. Bununla biz, cinsi və reproduktiv sağlamlıq və hüquqlarla bağlı məsələləri birbaşa milli gündəmə gətirdik.

 

Beləliklə, bu gün və hər gün, bütün insanların qorxu, ayrı-seçkilik, məcburiyyət və zorakılıq olmadan həyatının bütün sahələrində azad qərar vermək hüququnun qorunmasında cəsarətli və açıq-sözlü olmaq üçün bu normativ çərçivəyə əsaslanaq.