BMT-nin Əhali Fondu hər bir hamiləliyin arzu edilən olduğu, hər bir doğuşun təhlükəsiz keçdiyi və hər bir gəncin potensialının reallaşa biləcəyi dünyaya nail olmaq üçün çalışan BMT-nin aparıcı təşkilatıdır.

BMT-nin Əhali Fondu 1994-cü ildə əhalinin reproduktiv sağlamlıq problemlərini həll etmək məqsədilə Azərbaycan Respublikasına köməklik göstərməyə başlayıb. Bu yaddaqalan il həm də  BMT-nin Əhali Fondunun Respublika Ailə Planlaşdırma mərkəzi ilə əhaliyə geniş spektrli reproduktiv sağlamlıq xidmətləri təqdim edən uzunmüddətli tərəfdaşlığının binövrəsin qoydu. BMT-nin Əhali Fondu həmçinin müasir kontrasepsiya üsulları haqqında ictimaiyyətin məlumatlandırılması və kontrasepsiya vasitələrin əlçatan olması məqsədilə ölkədə ilk ailə planlaşdırma mərkəzlərinin yaradılmasına dəstək göstərdi. 1997-ci ildə reproduktiv sağlamlıq və ailə planlaşdırma haqqında ilk ümummilli təlim proqramı təqdim olundu.

BMT-nin Əhali Fondu 1996-cı ildə tam hüquqlu ölkə ofisi kimi fəalliyyətə keçərək Azərbaycanda strateji müdaxilələrin əhatə dairəsini genişləndirmişdir. Ölkə ofisi daha çox əhali haqqında məlumatların mövcudluğuna və gender bərabərliyinin təmin olunmasına diqqət ayırmağa başladı. Ölkə ofisi Azərbaycanda milli inkişaf prioritetlərinə töhfə verərək Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans gündəmində dayanan məsələlərin inkişafın sürətləndirmək üçün hökumət, qeyri-hökumət təşkilatları və özəl sektor ilə ikitərəfli və çoxtərəfli tərəfdaşlıq səylərini gücləndirdi.

Təkmilləşdirilmiş ailə planlaması və milli sağlamlıq sistemlərinin gücləndirilməsi yolunda təşkilatın birgə səyləri Azərbaycan Respublikasının ilk Milli Reproduktiv Sağlamlıq Strategiyasının qəbuluna gətirib çıxardı. (2008 – 2015)

BMT-nin əhali fondu milli siyasət və proqramların formalaşdırılması, həyata keçirilməsi və monitorinqi prosesində Azərbaycanda mövcud və gələcək ehtiyacların müvafiq həlli tapılması üçün əhali haqqında məlumatların mövcudluğunu, əlçatanlığını və istifadəsini yaxşılaşdırmaq üçün milli potensialın gücləndirilməsinə diqqət yetirir. Fondumuz müstəqillik qazanıldıqdan sonra ilk (1999) və növbəti (2009) əhalinin siyahıya alınmasının icrasında hökumətə əsaslı dəstək vermişdir. Milli prioritetlərə uyğun oalraq əhali dinamikası və onun cinsi və reproduktiv sağlamlığı, hüquqları, gender bərabərliyi ilə əlaqələri haqqında məlumatların və sübutların mövcudluğun təmin etmək yolunda bir sıra kəmiyyət və keyfiyyət araşdırmaları və tədqiqatları aparılmışdır. Demoqrafik İnkişaf Konsepsiyasının təsdiqlənməsinin ardından “Azərbaycan Respublikasında Əhali və Demoqrafik  İnkişaf  sahəsində Dövlət Proqramı”nın təqdim olunması   hökumətin əhali və inkişaf məsələlərinin  həll olunması yolunda səylərini bariz nümunəsi kimi dəyərləndirilmişdir.

BMT-nin Azərbaycanda gender bərabərliyi üzrə aparıcı təşkilatı olan BMT-nin Əhali Fondu hökumətin gender bərabərliyi və qadınların səlahiyyətləndirilmələrinin təşviqinə imkan verən hüquqi və siyasi mühiti yaratması üçün dəstək verir. Qadınlara dair Milli qanunvericiliyin “Qadınlara qarşı hər cür ayrı-seçkiliyin aradan qaldırılması” haqqında Konvensiyanın müddəalarına tam uyğunluğunu təmin etmək məqsədilə təbliğat səyləri Gender bərabərliyinin təminatları haqqında (2006) və Məişət zorakılığı haqqında (2010) iki mühüm qanunun qəbul olunmasına gətirib çıxardı. Bu müvəffəqiyyətlərə nail olmaq üçün, BMT-nin Əhali Fondu gender əsaslı zorakılıq qurbanları üçün milli istiqamətləndirmə mexanizmlərin qurulması yönündə səylərini davam etdirir. BMT-nin Əhali Fondu ölkədə gender bərabərliyinin və qadın hüquqlarının tam şəkildə təmin edilməsinə kömək etmək üçün gender əsaslı cinsi seçim və erkən nikahlar kimi xoşagəlməz ənənələr daxil olmaqla gender əsaslı ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində layihələr həyata keçirmişdir.

Gənclərin öz sağlamlığı haqqında öyrənmə və onu qoruma imkanlarının təmin edilməsinin vacibliyini üstün tutaraq, BMT-nin Əhali Fondu, cinsi və reproduktiv sağlamlıq və hüquqlara dair həmçinin məktəbdən kənar təhsilə də diqqət yetirir. BMT-nin əhali fondunun təcrübəsi onu göstərir ki, gəncləri birbaşa özləri ilə bağlı məsələlərə cəlb etmək onlarda özünə güvən hissini yaradır və onların əsas insan hüquqlarından istifadə etmələrinə və, nəticə etibarilə, daha dolğun qərarlar qəbul etmələrinə imkan verir.